http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

İxtisas seçimində nələrə diqqət etmək lazımdır?

22 Aprel 2023 , 00:15
1928
İxtisas seçimində nələrə diqqət etmək lazımdır?

Qəbul imtahanları bitdikdən sonra başlayan ağır proseslərdən biri də ixtisas seçimi məsələsidir. Həm valideynləri, həm də keçid balını toplamış abituriyentləri düşündürən bir sual var: İxtisas seçimi necə aparılmalıdır ki, düzgün və dövrün tələbinə uyğun olsun.

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi “Operativ Media”ya açıqlamasında bildirib ki, 5-10 min abituriyent öz ixtisası üzrə təhsil ala bilirlər, yerdə qalan abituriyentlər isə düzgün seçim etmədiyi üçün fərqli ixtisas sahibi olurlar, bəzən o ixtisasdan imtina edirlər, oxumaq istəmirlər.

Ekspert bildirir ki, ixtisaslarla bağlı seçim edərkən tək 4 il deyil, bundan sonrasını da düşünmək lazımdır:

"İxtisas seçimləri apararkən mütləq qaydada, mütəxəssislərlə seçim olmalıdır, həm gələcəkdə işlə bağlı problem yaranmasın, tələbatlı ixtisas olsun, həm də yanlış seçim edib uyğunsuzluqla üzləşməsinlər.

Nəzərinizə çatdırım ki, birinci ixtisas qrupunda İnformasiya Texnologiyaları, İnformasiya təhlükəsizliyi, Kompyüter mühəndisliyi, Kompyüter elmləri, Kosmik texnologiyalar mühəndisliyi və uçuş aparatları mühəndisliyi ixtisasları dövrün və bundan sonrakı illər üçün xarakterizə olunanlardır.

İkinci ixtisas qrupunda isə maliyyə və beynəlxalq ticarət, logistika, iqtisadiyyat-bunlar daim təlabat olan ixtisaslardır.

Üçüncü ixtisas qrupunda isə hüquqşunaslıq, beynəlxalq münasibətlər, regionşünaslıq kimi ixtisaslar günümüzün və bundan sonrakı illərin tələblərinə uyğun ixtisaslardır. Dördüncü qrup ixtisaslarında tibb, biotexnologiya stomatologiya, beşinci ixtisas qrupda isə dizayn ixtisası daha prestijli ixtisaslardır.

Qeyd edim ki, bu ixtisaslarla paralel olaraq pedaqoji ixtisaslara da hər zaman təlabat var.

Abituriyentlərin balı imkan verərsə, pedaqoji ixtisasları da seçmələri məqsədəuyğundur.

Əlbəttə, ixtisas seçimi daha vacib, doğru qərar veriləcək bir məqamdır. Bu prosesdə abituriyentlər həssas yanaşmalıdırlar. Nəzərə almalıdırlar ki, onlar məhz bu ixtisasları seçərkən mütləq mütəxəssis rəyi almalıdırlar.

Bəzən abituriyentlər özləri seçim edirlər, bu da onların kənarda qalması ilə nəticələnir.

Onu da qeyd edim ki, hər il 85 və 90 min abituriyent ali təhsil müəssisələrinə sənəd qəbulunda iştirak edir və onların içərisindən 50 min nəfərə yaxın ali məktəblərə qəbul olur.

Vurğuladığım qəbul üzrə demək olar ki, 5-10 min abituriyent öz ixtisası üzrə təhsil ala bilirlər, yerdə qalan abituriyentlər isə düzgün seçim etmədiyi üçün fərqli ixtisaslara sahib olurlar. Bəzən o ixtisasdan imtina edirlər, oxumaq istəmirlər.

Seçim edərkən mütləq dövrün tələbi nəzərə alınmalı, hansı ixtisaslara ehtiyac varsa, o ixtisaslar da seçilməlidir. Qaldı ki, süni-intellekt, bizdə bu tam təkmilləşməyib, lakin hazırki dövrdə bizdə də süni-intellekt üzrə magistratura proqramları var, 56-cı proqramdır. Bu peşəyə sahib olmaq istəyən şəxslər isə 56-cı proqram əsasında seçim edə bilərlər”.

Ayşən Azadova

OXŞAR XƏBƏRLƏR
Ayxan Hacızadə Ermənistan XİN rəhbərinin əsassız çıxışına cavab verib

Ayxan Hacızadə Ermənistan XİN rəhbərinin əsassız çıxışına cavab verib

Son Günəş tutulması başlayıb

Son Günəş tutulması başlayıb

Zaxarova: Qərbin Ermənistana pul yardımının artırılması sabitliyi pozur

Zaxarova: Qərbin Ermənistana pul yardımının artırılması sabitliyi pozur

XƏBƏR LENTİ
  • 22:07

    Ukraynaya məxsus iki raket Kursk vilayəti üzərində vurulub
  • 21:41

    HƏMAS Tel-Əvivdəki atışmaya görə məsuliyyəti üzərinə götürüb
  • 21:16

    Bayden İrana qarşı yeni sanksiyalar elan edib
  • 21:05

    Türkdilli Ölkələr Turniri: Azərbaycan millisi Türkmənistana məğlub oldu
  • 20:57

    İran Prezidenti Qətər əmiri ilə görüşəcək
  • 20:45

    Konfrans Liqası: "Başakşəhər" "Rapid"ə məğlub oldu
  • 20:40

    Ayxan Hacızadə Ermənistan XİN rəhbərinin əsassız çıxışına cavab verib
    Ayxan Hacızadə Ermənistan XİN rəhbərinin əsassız çıxışına cavab verib
  • 20:19

    Livan səfiri Yaxın Şərqdəki vəziyyəti üçüncü Livan-İsrail müharibəsinin başlanğıcı adlandırıb
Menyu