http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Ölkə ərazisində müşahidə olunan faktiki hava açıqlanıb

22 Aprel 2023 , 12:26
Ölkə ərazisində müşahidə olunan faktiki hava açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin aprelin 22-nə olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, arabir yağış yağıb. Bəzi yerlərdə leysan xarakterli intensiv olub.

"Operativ Media" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. 

Qeyd olunub ki, Yağan yağıntının miqdarı: Göytəpədə (Cəlilabad) 23 mm, Ağdamda 13 mm, Daşkəsəndə 10 mm, Şahdağda 9 mm, Qaxda 7 mm, Culfa, Ordubadda 6 mm, Xaltan, Gədəbəy, Balakən, Şəki, Qusar, Qrız, Gəncə, İsmayıllı, Quba, Tərtər, Göyçay, Zərdab, Şərur, Şahbuz, Sədərək, Şəmkir, Ağstafa, Qəbələ, Zaqatala, Göygöl, Bərdə, Biləsuvar, Yevlax, Naxçıvan, Naftalan, Qobustan, Mingəçevir, Kürdəmir, Astara, Neftçala, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

Aprelin 21-i saat 18:40 radələrində Cəlilabadda diametri 0.8 mm (vizual müşahidələrə əsasən) olan dolu düşüb.

Şimal-qərb küləyi arabir Göytəpədə 28 m/s, Göyçayda 24 m/s, Daşkəsəndə 23 m/s, Gəncə, Tərtər, Naftalanda 22 m/s, Mingəçevirdə 21 m/s, Ağdam, Şahdağda 20 m/s, Naxçıvan, Şəkidə 18 m/s, Beyləqan, Qrızda 16 m/s, Qaxda 15 m/s, Bakıda və Abşeron yarımadasında 21 m/s-dək güclənib.

Sumqayıt, Şamaxı, Quba, Qrız, Göyçay, Biləsuvar, Astara, Lerikdə müşahidə olunub.

Havanın temperaturu aprelin 21-də Bakıda iqlim normasından 5.1° yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 18-24° isti, Naxçıvanda 17-24° isti, dağlıq rayonlarda 18°-dək isti, aran rayonlarında 26-28° isti olub.

Aprelin 22-23-də əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə arabir intensivləşəcəyi, dolu düşəcəyi ehtimalı var. 24-də axşam yenidən qərb rayonlarından başlayraq 25-i gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

OXŞAR XƏBƏRLƏR
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi hərbi xidmətə qəbul elan edir

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi hərbi xidmətə qəbul elan edir

Azərbaycanla Moldova arasında readmissiya haqqında Saziş Milli Məclisə daxil olub

Azərbaycanla Moldova arasında readmissiya haqqında Saziş Milli Məclisə daxil olub

Azərbaycanla Pakistan arasında hava əlaqəsinə dair saziş ratifikasiya ediləcək

Azərbaycanla Pakistan arasında hava əlaqəsinə dair saziş ratifikasiya ediləcək

XƏBƏR LENTİ
  • 18:24

    "Barselona" yeni qapıçı transfer etdi
  • 18:23

    Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi hərbi xidmətə qəbul elan edir
  • 18:19

    Azərbaycanla Moldova arasında readmissiya haqqında Saziş Milli Məclisə daxil olub
    Azərbaycanla Moldova arasında readmissiya haqqında Saziş Milli Məclisə daxil olub
  • 18:17

    Azərbaycanla Pakistan arasında hava əlaqəsinə dair saziş ratifikasiya ediləcək
    Azərbaycanla Pakistan arasında hava əlaqəsinə dair saziş ratifikasiya ediləcək
  • 18:11

    Belçika üç Sezar haubitsasını Ukraynaya verə bilər
  • 18:04

    İtkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfransın yekun bəyanatı qəbul edilib
    İtkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfransın yekun bəyanatı qəbul edilib
  • 17:54

    Ukrayna və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilib
  • 17:53

    Tehranda İsrailə hücumdan sonra SEPAH-a dəstək aksiyası keçirilir
Menyu