http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Daha iki Azərbaycan güləşçisi finala yüksəldi - YENİLƏNİB

22 Aprel 2023 , 19:54
Daha iki Azərbaycan güləşçisi finala yüksəldi  - YENİLƏNİB

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında finala yüksələ bilməyib. 

"Operativ Media"nın məlumatına görə, 82 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Türkiyə təmsilçisi Burhan Akbudaka məğlub olub. 

O, sabah bürünc medal uğrunda görüşə çıxacaq. 

Daha əvvəl Həsrət Cəfərov (67 kq) və Ülvü Qənizadə (72 kq) finala vəsiqə qazanıblar. 

60 kq-dakı Nihat Məmmədli isə təsəlliverici qarşılaşmada mübarizə aparacaq. 

Bu gün, həmçinin, dörd yunan-Roma güləşçisi medal görüşündə qüvvəsini sınayacaq. 55 kq-dakı Eldəniz Əzizli qızıl medal uğrnda Adem Uzunla, 63 kq-dakı Taleh Məmmədov Leri Abuladze (Gürcüstan) ilə, 130 kq-dakı Sabah Şəriəti Rza Kayaalpla (Türkiyə) üz-üzə gələcək. 87 kq-dakı İslam Abbasov isə Laşa Qobadzeylə (Gürcüstan) bürünc medal uğrunda güləşəcək.

***

19:23

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb. 

"Operativ Media" məlumatına görə, 67 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Türkiyə təmsilçisi Murat Fırata qalib gəlib. 

O, qızıl medal uğrunda Coni Khetsuriani (Gürcüstan) ilə görüşəcək.

***

17:32

Azərbaycanın üç yunan-Roma güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

"Operativ Media" xəbər verir ki, bu gün mabarizəyə qoşulan idmançılardan 72 kq çəki dərəcəsində çıxış edən Ülvü Qənizadə, 82 kq-dakı Rafiq Hüseynov və 67 kq-dakı Həsrət Cəfərov bu raunddadək irəliləyə bilib.

Hüseynov finala gedən yolda Burhan Akbudakla (Türkiyə), Qənizadə onun həmyerlisi Selcuk Canla, Cəfərov isə Murat Fıratla üz-üzə gələcək.

60 kq-dakı Nihat Məmmədli 1/8 finalda Edmond Nazaryana (Bolqarıstan), 97 kq-dakı Arif Niftullayev eyni raundda Artur Omarova (Çexiya) uduzub.

Bu gün, həmçinin, dörd yunan-Roma güləşçisi medal görüşündə qüvvəsini sınayacaq. 55 kq-dakı Eldəniz Əzizli qızıl medal uğrnda Adem Uzunla, 63 kq-dakı Taleh Məmmədov Leri Abuladze (Gürcüstan) ilə, 130 kq-dakı Sabah Şəriəti Rza Kayaalpla (Türkiyə) üz-üzə gələcək. 87 kq-dakı İslam Abbasov isə Laşa Qobadzeylə (Gürcüstan) bürünc medal uğrunda güləşəcək.

OXŞAR XƏBƏRLƏR
Çempionlar Liqasında II tura yekun vurulacaq

Çempionlar Liqasında II tura yekun vurulacaq

Massimiliano Alleqri "Mançester Yunayted"i çalışdıra bilər

Massimiliano Alleqri "Mançester Yunayted"i çalışdıra bilər

Konfrans Liqası: "Başakşəhər" "Rapid"ə qarşı

Konfrans Liqası: "Başakşəhər" "Rapid"ə qarşı

XƏBƏR LENTİ
  • 12:22

    Kamran Əliyev Sinqapur Respublikasının Baş Prokuroru Lüsyen Vongla görüşüb
  • 12:14

    “Pearl Life” MMC gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə cərimələnib
  • 12:01

    Azərbaycan 2 minə qədər meyit qalığını Ermənistana qaytarıb
  • 11:55

    FHN Şəmkirdə mülki müdafiə məşqi keçirib
  • 11:51

    KİV: İranın hücumu nəticəsində İsrailin mərkəzində 100 evə ziyan dəyib
  • 11:49

    İcma: ABŞ hökumətini azərbaycanlılara qarşı ayrı-seçkiliyə son qoymağa çağırırıq
  • 11:31

    İsrailin şimalında bir saat ərzində altı dəfə hava hücumu xəbərdarlığı səslənib
  • 11:29

    Kamran Əliyev Qazaxıstanın Baş prokuroru Timur Taşınbayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
Menyu