http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 14 ° C

Rusiyanın XİN rəhbəri Nyu-Yorka gəlib

24 Aprel 2023 , 08:25
Rusiyanın XİN rəhbəri Nyu-Yorka gəlib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Yorka gəlib. O, aprelin 24-25-də BMT Təhlükəsizlik Şurasının iclaslarında iştirak edəcək.

"Operativ Media" TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. O, həmçinin qeyd edib ki, Sergey Lavrovun reysini “Flightradar” xidmətində eyni vaxtda 700 mindən çox, ümumilikdə isə 3 milyona yaxın insan izləyib. Bu, rekorddur.

Lavrovun bazar ertəsi BMT-nin Baş katibi Antonio Quterreşlə görüşü gözlənilir. Daha əvvəl Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirmişdi ki, Rusiyanın müzakirə üçün mövzuları çoxdur.

Bundan əlavə, rusiyalı nazir bir sıra ölkələrin xarici işlər nazirlərini, eləcə də ABŞ dövlət katibi Antoni Blinkeni BMT Təhlükəsizlik Şurasının Rusiya Federasiyasının sədrliyi ilə keçiriləcək iclaslara dəvət edib. Lavrovla Blinkenin təşkilatın mənzil-qərargahında görüşü məsələsi hələ açıq qalır.

Rusiya XİN rəhbərinin sözlərinə görə, Moskva Blinkenlə görüş imkanını nəzərdən keçirməyə hazırdır və Amerika tərəfi ilə dialoq üçün ciddi təkliflərdən heç vaxt imtina etmir. Lakin Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov nümayəndə heyəti Nyu-Yorka yola düşməzdən əvvəl belə bir görüş üçün hələlik planların olmadığını və təmas imkanının “şəraitə görə müəyyən ediləcəyini” bildirib.

OXŞAR XƏBƏRLƏR
Herzi Halevi: İranı cavab hücumu ilə təəccübləndirəcəyik

Herzi Halevi: İranı cavab hücumu ilə təəccübləndirəcəyik

Şarl Mişel İranın İsrailə hücumunu pisləyib

Şarl Mişel İranın İsrailə hücumunu pisləyib

İsrail: Yaxın Şərqdəki hədəflərə ağır zərbələr endiriləcək

İsrail: Yaxın Şərqdəki hədəflərə ağır zərbələr endiriləcək

XƏBƏR LENTİ
  • 03:38

    Herzi Halevi: İranı cavab hücumu ilə təəccübləndirəcəyik
  • 02:17

    Şarl Mişel İranın İsrailə hücumunu pisləyib
  • 00:13

    İsrail: Yaxın Şərqdəki hədəflərə ağır zərbələr endiriləcək
  • Dünən
    23:30

    XİN: ABŞ Ermənistandan cinayətlərin araşdırılmasını tələb etməlidir
    XİN: ABŞ Ermənistandan cinayətlərin araşdırılmasını tələb etməlidir
  • Dünən
    23:20

    İran İsrailə ballistik raket hücumu ilə bağlı ABŞ-a xəbərdarlıq etmədiyini bildirib
  • Dünən
    23:10

    Ağ Ev: ABŞ HDQ-nin gəmiləri İranın hücumunun dəf olunmasında iştirak edib
  • Dünən
    23:05

    BMT baş katibi Yaxın Şərq münaqişəsinin genişləndirilməsini pisləyib
  • Dünən
    22:55

    Aviaşirkətlər məcburi eniş üçün Bakı aeroportuna üz tutub
    Aviaşirkətlər məcburi eniş üçün Bakı aeroportuna üz tutub
Menyu