http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 14 ° C

Ağcabədidə evdən 15 000 manat miqdarında oğurluq edən şəxs saxlanılıb

24 Aprel 2023 , 08:55
Ağcabədidə evdən 15 000 manat miqdarında oğurluq edən şəxs saxlanılıb
Şübhəli bilinən şəxs

Ağcabədidə evdən 15 000 manat miqdarında oğurluq edən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Operativ Media"ya bildirilib ki, aprel ayında Ağcabədi Rayon Polis Şöbəsinə fərdi yaşayış evindən oğurluq edilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar müvafiq araşdırmalara başlanılıb. Araşdırmalarla ev sahibinin iki il öncə oraya baş çəkdiyi və oğurluğun da bundan sonrakı dövr ərzində törədildiyi müəyyən edilib. Polis əməkdaşlarının keçirdiyi detallı əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən şəxs qısa zamanda ifşa edilib. Belə ki, qeyd edilən cinayətin rayon sakini Rahib İmanov tərəfindən törədildiyi məlum olub. O, polis əməkdaşları tərəfindən saxlanılıb və dindirilmə zamanı öz əməlini etiraf edib. R.İmanov ötən ilin avqust ayının əvvəlindən dekabr ayının sonunadək mütəmadi şəkildə qızıl-zinət və məişət əsyaları oğurlamaqla zərərçəkmişə 15 min manat miqdarında maddi ziyan vurub. Oğurlanan əşyalar aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Aviaşirkətlər məcburi eniş üçün Bakı aeroportuna üz tutub

Aviaşirkətlər məcburi eniş üçün Bakı aeroportuna üz tutub

Qubada yük maşını aşıb

Qubada yük maşını aşıb

Bakı və Sumqayıtın əksər ərazilərində qaz olmayacaq

Bakı və Sumqayıtın əksər ərazilərində qaz olmayacaq

XƏBƏR LENTİ
  • 03:38

    Herzi Halevi: İranı cavab hücumu ilə təəccübləndirəcəyik
  • 02:17

    Şarl Mişel İranın İsrailə hücumunu pisləyib
  • 00:13

    İsrail: Yaxın Şərqdəki hədəflərə ağır zərbələr endiriləcək
  • Dünən
    23:30

    XİN: ABŞ Ermənistandan cinayətlərin araşdırılmasını tələb etməlidir
    XİN: ABŞ Ermənistandan cinayətlərin araşdırılmasını tələb etməlidir
  • Dünən
    23:20

    İran İsrailə ballistik raket hücumu ilə bağlı ABŞ-a xəbərdarlıq etmədiyini bildirib
  • Dünən
    23:10

    Ağ Ev: ABŞ HDQ-nin gəmiləri İranın hücumunun dəf olunmasında iştirak edib
  • Dünən
    23:05

    BMT baş katibi Yaxın Şərq münaqişəsinin genişləndirilməsini pisləyib
  • Dünən
    22:55

    Aviaşirkətlər məcburi eniş üçün Bakı aeroportuna üz tutub
    Aviaşirkətlər məcburi eniş üçün Bakı aeroportuna üz tutub
Menyu