http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 15 ° C

Azərbaycan və Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq razılaşması imzalanıb - YENİLƏNİB

24 Aprel 2023 , 13:52
Azərbaycan və Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq razılaşması imzalanıb - YENİLƏNİB

Azərbaycan ilə Gürcüstan arasında Müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Aprelin 24-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın müdafiə naziri cənab Cuanşer Burçuladze ilə görüşüb.

Əvvəlcə Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirələrini ehtiramla yad edən gürcüstanlı qonaqlar “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.

Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. Gürcüstanın müdafiə naziri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin inkişafında dövlət başçılarının görüşlərinin mühüm rol oynadığını xüsusi vurğulayan müdafiə naziri bir çox sahələrdə olduğu kimi, hərbi sahədə də əlaqələrimizin daha da güclənərək inkişaf etdiyini qeyd edib.

Müdafiə naziri həmkarına Azərbaycan-Ermənistan şərti sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində vəziyyətin gərginləşdirilməsi məqsədilə Ermənistan tərəfindən törədilən təxribatlar barədə məlumat verib.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən cənab C.Burçuladze xalqlarımız arasında ənənəvi dostluq və qarşılıqlı etimadın olduğunu diqqətə çatdırıb. Hər iki dost ölkə arasında münasibətlərin inkişafında mütəmadi olaraq bu cür görüşlərin keçirilməsinin, eləcə də əlaqələrin genişləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.

Tərəflər regionda sülhün və təhlükəsizliyin təmin olunması, hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri ətraflı müzakirə edib.

Görüşdə Azərbaycan, Türkiyə və Gürcüstan arasında ikitərəfli və üçtərəfli hərbi əməkdaşlığın inkişaf perspektivlərindən danışılıb, həmçinin birgə təlimlərin və işçi görüşlərin intensivliyinin artırılması barədə ətraflı fikir mübadiləsi aparılıb.

Geniş tərkibdə keçirilən görüşdə "Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanıb.

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə fotosu çəkdirilib.

***

12:51

Azərbaycanda səfərdə olan Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze general-polkovik Zakir Həsənovla görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Azərbaycan və Gürcüstan hökumətləri arasında müdafiə sahəsində əməkdaşlıq haqqında razılaşma imzalanıb. Razılaşmanın hər iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsini nəzərdə tutduğu qeyd edilib.

OXŞAR XƏBƏRLƏR
XİN: Əgər ABŞ ədalətli mövqe nümayiş etdirmək istəyirsə, Ermənistanın törətdiyi cinayətlərin araşdırılmasını tələb etməlidir

XİN: Əgər ABŞ ədalətli mövqe nümayiş etdirmək istəyirsə, Ermənistanın törətdiyi cinayətlərin araşdırılmasını tələb etməlidir

Aviaşirkətlər məcburi eniş üçün Bakı aeroportuna üz tutub

Aviaşirkətlər məcburi eniş üçün Bakı aeroportuna üz tutub

Almaniya XİN: İranın İsrailə ballistik raket hücumunu pisləyirik

Almaniya XİN: İranın İsrailə ballistik raket hücumunu pisləyirik

XƏBƏR LENTİ
  • Dünən
    23:30

    23:20

    İran İsrailə ballistik raket hücumu ilə bağlı ABŞ-a xəbərdarlıq etmədiyini bildirib
  • Dünən
    23:10

    Ağ Ev: ABŞ HDQ-nin gəmiləri İranın hücumunun dəf olunmasında iştirak edib
  • Dünən
    23:05

    BMT baş katibi Yaxın Şərq münaqişəsinin genişləndirilməsini pisləyib
  • Dünən
    22:55

    Aviaşirkətlər məcburi eniş üçün Bakı aeroportuna üz tutub
    Aviaşirkətlər məcburi eniş üçün Bakı aeroportuna üz tutub
  • Dünən
    22:20

    Almaniya XİN: İranın İsrailə ballistik raket hücumunu pisləyirik
  • Dünən
    22:14

    BMT Baş katibi Livanın Baş naziri ilə danışıqlar aparıb
  • Dünən
    22:08

    İran raket hücumu zamanı İsrailin 20-dən çox F-35 təyyarəsini vurub
Menyu