http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 15 ° C

Suraxanıda narkotik dövriyyəsinə görə 60 nəfər saxlanılıb

24 Aprel 2023 , 14:01
Suraxanıda narkotik dövriyyəsinə görə 60 nəfər saxlanılıb

Suraxanıda mart-aprel aylarında keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 60, üzərində odlu silah gəzdirən 2 nəfər saxlanılıb

"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən  Hövsan, Yeni Günəşli, Yeni Suraxanı və Əmircan qəsəbələrində keçirilən əməliyyatlar zamanı narkotiklərin satışı ilə məşğul olan 7 nəfər – Seymur Rəşidov, Xəyal Sultanov, İbrahim İbrahimov, Rəşad Məmmədov, Namin Bədəlov, Səməndər Şükürov və Mikayıl Süleymanov saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 10 kiloqramdan çox heroin, marixuana və metamfetamin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran İslam Respublikasının vətəndaşlarından onlayn yolla paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. 

Qeyd edək ki, Suraxanı rayonunda cari ilin mart və aprel aylarında keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən ümümilikdə 60 nəfər saxlanılıb. Onlar barəsində İdarənin İstintaq Şöbəsində araşdırmalar aparılır. Həmin dövrdə Suraxanı rayonunda üzərində qanunsuz olaraq silah saxlayan daha 2 nəfər də tutularaq istintaqa cəlb edilib. Onlardan 2 ədəd “Kalaşnikov” markalı avtomat silah aşkar edilib.

Suraxanı rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan və digər qanunazidd əməllərə yol verən şəxslərin saxlanılmaları istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir. 

OXŞAR XƏBƏRLƏR
Aviaşirkətlər məcburi eniş üçün Bakı aeroportuna üz tutub

Aviaşirkətlər məcburi eniş üçün Bakı aeroportuna üz tutub

Qubada yük maşını aşıb

Qubada yük maşını aşıb

Bakı və Sumqayıtın əksər ərazilərində qaz olmayacaq

Bakı və Sumqayıtın əksər ərazilərində qaz olmayacaq

XƏBƏR LENTİ
  • Dünən
    23:30

    XİN: Əgər ABŞ ədalətli mövqe nümayiş etdirmək istəyirsə, Ermənistanın törətdiyi cinayətlərin araşdırılmasını tələb etməlidir
    XİN: Əgər ABŞ ədalətli mövqe nümayiş etdirmək istəyirsə, Ermənistanın törətdiyi cinayətlərin araşdırılmasını tələb etməlidir
  • Dünən
    23:20

    İran İsrailə ballistik raket hücumu ilə bağlı ABŞ-a xəbərdarlıq etmədiyini bildirib
  • Dünən
    23:10

    Ağ Ev: ABŞ HDQ-nin gəmiləri İranın hücumunun dəf olunmasında iştirak edib
  • Dünən
    23:05

    BMT baş katibi Yaxın Şərq münaqişəsinin genişləndirilməsini pisləyib
  • Dünən
    22:55

    Aviaşirkətlər məcburi eniş üçün Bakı aeroportuna üz tutub
    Aviaşirkətlər məcburi eniş üçün Bakı aeroportuna üz tutub
  • Dünən
    22:20

    Almaniya XİN: İranın İsrailə ballistik raket hücumunu pisləyirik
  • Dünən
    22:14

    BMT Baş katibi Livanın Baş naziri ilə danışıqlar aparıb
  • Dünən
    22:08

    İran raket hücumu zamanı İsrailin 20-dən çox F-35 təyyarəsini vurub
Menyu