http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

“Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı haqqında Əsasnamə və medalın təsviri təsdiqlənib

26 Aprel 2023 , 16:01
“Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı haqqında Əsasnamə və medalın təsviri təsdiqlənib

“Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” və yubiley medalının təsviri təsdiqlənib.

"Operativ Media" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.

Qanuna əsasən, yubiley medalının üzəri 999.9 əyarlı qızıl qatı ilə örtüləcək soyuq ştamplama üçün nəzərdə tutulmuş xüsusi tərkibli əlvan metaldan hazırlanan ümumi diametri 42 millimetr olan, bir-birinin üzərinə qoyulmuş iki səkkizguşəli ulduzdan ibarətdir.

Medalın ön tərəfində hər bir guşəsi relyefli xətlərlə işlənmiş səkkizguşəli ulduzun üzərində guşələri ağ rəngli mina ilə işlənmiş səkkizguşəli ulduz yerləşdirilib.

Ağ minalı səkkizguşəli ulduzun üzərində xarici və daxili çevrələrlə konturlanıb, diametri 26 millimetr olan dairəvi lövhə yerləşdirilib. Xarici və daxili çevrələrin arasında yuxarı qövs boyunca “HEYDƏR ƏLİYEV” sözləri, aşağı qövs boyunca “1923-2023” rəqəmləri yazılıb. Daxili çevrənin içərisində, mərkəzdə Heydər Əliyevin barelyefi həkk olunub. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır, qızılı rəngdədir.

Medalın arxa tərəfi hamar səthlidir. Həmçinin medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi göstərilir.

Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, yuxarı hissəsinə 34,5 millimetr x 1,5 millimetr ölçülü və aşağı hissəsinə 34,5 millimetr x 7,5 millimetr ölçülü, üzərində dəfnə yarpaqlarından ibarət çələng həkk olunmuş qızılı rəngli hamar lövhə bərkidilmiş, 31,5 millimetr x 15 millimetr ölçülü xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.

Xara lentin üzərində hər birinin eni 10,5 millimetr olan, Azərbaycan Respublikası Dövlət Bayrağının rənglərini əks etdirən yaşıl rəngli, qırmızı rəngli və mavi rəngli şaquli zolaqlar əks olunub.

Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş, 31,5 millimetr x 9 millimetr ölçülü qəlib əlavə edilir.

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Rusiya Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbərini qəbul edib - YENİLƏNİB

İlham Əliyev Rusiya Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbərini qəbul edib - YENİLƏNİB

Mişustin İran prezidenti ilə danışıqlar aparıb

Mişustin İran prezidenti ilə danışıqlar aparıb

Kamran Əliyev Yəmənin Baş prokuroru Qaher İbrahimin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Kamran Əliyev Yəmənin Baş prokuroru Qaher İbrahimin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

XƏBƏR LENTİ
  • 19:15

    Qalant: Hizbullaha qarşı müharibənin növbəti mərhələsi tezliklə başlayacaq
  • 19:12

    İlham Əliyev Rusiya Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbərini qəbul edib - YENİLƏNİB
    İlham Əliyev Rusiya Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbərini qəbul edib - YENİLƏNİB
  • 19:03

    İsrail tezliklə Livanda quru əməliyyatına başlaya bilər
  • 19:01

    Azərbaycan millisi beynəlxalq turnirdə birinci yeri tutdu
  • 18:49

    Putin “Crocus City Hall”un iki əməkdaşına fədakarlıqlarına görə təşəkkür edib
  • 18:45

    Bakı İqlim Fəaliyyəti Həftəsinin ilk günü başa çatıb - YENİLƏNİB
    Bakı İqlim Fəaliyyəti Həftəsinin ilk günü başa çatıb - YENİLƏNİB
  • 18:35

    İcma: Cənab Prezidentin ədalətin bərpasına, xalqımızın birliyinə yönəlmiş çağırışlarını tam dəstəkləyirik
    İcma: Cənab Prezidentin ədalətin bərpasına, xalqımızın birliyinə yönəlmiş çağırışlarını tam dəstəkləyirik
  • 18:16

    Peskov: Ukrayna Silahlı Qüvvələri xüsusi olaraq hərbi müxbirlərimizi məhv etmək istəyir
Menyu