http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əməkdaşlıq uğurla davam etdirilir

26 Aprel 2023 , 16:32
Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əməkdaşlıq uğurla davam etdirilir

Baş prokuror Kamran Əliyevin dəvəti ilə dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İcraçı Direktoru Yanne Holst Hübner və Baş müşaviri, İngiltərə və Uelsin Baş prokurorunun müavini Şenaz Muzafferin rəhbərliyi ilə nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib.  

Aprelin 26-da keçirilmiş görüş zamanı Baş prokuror, BPA-nın vitse-prezidenti Kamran Əliyev qonaqlara ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq prokurorluq orqanlarında həyata keçirilmiş institusional və kadr islahatları barədə məlumat verməklə gənc hüquqşünasların işə qəbulu və onların peşəkar prokurorluq əməkdaşları kimi formalaşdırılmasının prioritet məsələlərdən biri olduğunu diqqətə çatdırıb. 

Qonaqlar səmimi qəbula görə minnətdarlıq ifadə edərək prokurorluq orqanlarında həyata keçirilən islahatları yüksək qiymətləndirib, milli prokurorluq orqanlarımızın rəhbərliyi tərəfindən Assosiasiyanın işinə verilən dəyərli töhfə və daimi dəstəyə görə təşəkkür ediblər.

2024-cü ildə ölkəmizin ev sahibliyi ilə keçiriləcək BPA-nın 29-cu İllik Konfrans və Ümumi Yığıncağına hazırlıq məqsədilə yaradılmış yerli təşkilat komitəsinin fəaliyyəti ilə bağlı iclas keçirilib, bir sıra təşkilati məsələlər müzakirə edilib.

Daha sonra, BPA rəsmiləri təşkilatın üzvlüyünə yeni qəbul olunmuş gənc əməkdaşlarla görüş keçirməklə üzvlük vəsiqələrini təqdim ediblər.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Rusiya Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbərini qəbul edib - YENİLƏNİB

İlham Əliyev Rusiya Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbərini qəbul edib - YENİLƏNİB

Mişustin İran prezidenti ilə danışıqlar aparıb

Mişustin İran prezidenti ilə danışıqlar aparıb

Kamran Əliyev Yəmənin Baş prokuroru Qaher İbrahimin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Kamran Əliyev Yəmənin Baş prokuroru Qaher İbrahimin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

XƏBƏR LENTİ
  • 19:15

    Qalant: Hizbullaha qarşı müharibənin növbəti mərhələsi tezliklə başlayacaq
  • 19:12

    İlham Əliyev Rusiya Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbərini qəbul edib - YENİLƏNİB
    İlham Əliyev Rusiya Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbərini qəbul edib - YENİLƏNİB
  • 19:03

    İsrail tezliklə Livanda quru əməliyyatına başlaya bilər
  • 19:01

    Azərbaycan millisi beynəlxalq turnirdə birinci yeri tutdu
  • 18:49

    Putin “Crocus City Hall”un iki əməkdaşına fədakarlıqlarına görə təşəkkür edib
  • 18:45

    Bakı İqlim Fəaliyyəti Həftəsinin ilk günü başa çatıb - YENİLƏNİB
    Bakı İqlim Fəaliyyəti Həftəsinin ilk günü başa çatıb - YENİLƏNİB
  • 18:35

    İcma: Cənab Prezidentin ədalətin bərpasına, xalqımızın birliyinə yönəlmiş çağırışlarını tam dəstəkləyirik
    İcma: Cənab Prezidentin ədalətin bərpasına, xalqımızın birliyinə yönəlmiş çağırışlarını tam dəstəkləyirik
  • 18:16

    Peskov: Ukrayna Silahlı Qüvvələri xüsusi olaraq hərbi müxbirlərimizi məhv etmək istəyir
Menyu