http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

İmişlidə avtoxuliqanlıq edən sərxoş sürücü saxlanılıb

27 Aprel 2023 , 09:02
İmişlidə avtoxuliqanlıq edən sərxoş sürücü saxlanılıb

İmişli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən içkili vəziyyətdə avtoxuliqanlıq edən sürücü saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə,  rayon sakini Emil Mehbalıyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yollarda intizamsızlıq edərək avtoxuliqanlıq hərəkətləri edib və bununla da ictimai-asayişi nümayişkəranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olub.
Həmin şəxs RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman onun sürücülük hüququ olmadan və içkili vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyi məlum olub. Bundan əlavə, E.Mehbalıyevin müxtəlif vaxtlarda idarə etdiyi nəqliyyat vasitəsi ilə analoji qayda pozuntularına yol verdiyi və həmin qayda pozuntularının görüntülərini sosial şəbəkələrdə paylaşdığı da müəyyən edilib. 
İmişli RPŞ-nin DYPB-də sürücü barəsində toplanmış materiallar baxılması üçün aidiyyatı üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə E.Mehbalıyev 15 sutka inzibati qaydada həbs edilib.

OXŞAR XƏBƏRLƏR
Gəncədə mədə kiçiltmə əməliyyatı olunan qadın ölüb

Gəncədə mədə kiçiltmə əməliyyatı olunan qadın ölüb

Bakıda sıxlıq olan yollar açıqlanıb

Bakıda sıxlıq olan yollar açıqlanıb

Bakı metrosunda yubanma olub

Bakı metrosunda yubanma olub

XƏBƏR LENTİ
  • 09:21

    AMB-nin bu günə olan valyuta məzənnələri
  • 09:18

    Gəncədə mədə kiçiltmə əməliyyatı olunan qadın ölüb
  • 09:09

    Azərbaycanlı referi Çempionlar Liqası matçına təyinat alıb
  • 08:54

    2024/2025 mövsümünün qol rekordu qeydə alındı
  • 08:40

    Bakıda sıxlıq olan yollar açıqlanıb
  • 08:30

    Bakı metrosunda yubanma olub
  • 08:03

    Azərbaycanda növbəti “Yaradıcı Həftə” keçiriləcək
  • 07:53

    Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
    Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
Menyu