http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Rəşad Nəbiyev Vitali Savelyev ilə görüşüb

27 Aprel 2023 , 10:23
Rəşad Nəbiyev Vitali Savelyev ilə görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Rusiya Federasiyasına səfər çərçivəsində Rusiyanın nəqliyyat naziri Vitali Savelyev ilə görüşüb.

"Operativ Media" xəbər verir ki,  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında avtomobil nəqliyyatı, aviasiya və dəmir yolu sahələri daxil olmaqla nəqliyyat sektoru üzrə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.

Tərəflər “Rusiya-Azərbaycan dövlət sərhədindən “Yaraq-Qazmalar” (Rusiya Federasiyası) – “Samur” (Azərbaycan Respublikası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün və giriş yollarının istismarı və xidmətin göstərilməsi qaydaları haqqında Saziş” layihəsinin razılaşdırılması üçün müvafiq müzakirələrin aparıldığını bildiriblər.

Görüş zamanı hava nəqliyyatı sahəsində əlaqələrə toxunularaq uçuşların və istiqamətlərin sayının artırılmasının vacibliyi vurğulanıb.

Dəmir yolu nəqliyyatı sahəsində, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində dəmir yolu infrastrukturunun inkişafı istiqamətində əməkdaşlığın uğurla davam etdirildiyi qeyd olunub. Bildirilib ki, ötən il Şimal-Cənub nəqliyyat dəhlizi ilə dəmir yolu daşımalarının həcmi 481 min ton təşkil edib.

Görüşün sonunda iki ölkə arasında nəqliyyat sahəsində əlaqələrin daha da inkişaf edəcəyinə əminlik ifadə olunub.

OXŞAR XƏBƏRLƏR
Məsud Pezeşkian: İsrailin cinayətləri cavabsız qalmayacaq

Məsud Pezeşkian: İsrailin cinayətləri cavabsız qalmayacaq

İlham Əliyev: Dünyada artmaqda olan irqçilik meyilləri hamımızı narahat edir

İlham Əliyev: Dünyada artmaqda olan irqçilik meyilləri hamımızı narahat edir

İlham Əliyev: Beynəlxalq Prokurorlar Assosiasiyası ilə uzunmüddətli əlaqələrimizi yüksək qiymətləndiririk

İlham Əliyev: Beynəlxalq Prokurorlar Assosiasiyası ilə uzunmüddətli əlaqələrimizi yüksək qiymətləndiririk

XƏBƏR LENTİ
  • 09:24

    Amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınları ilə mübarizə tədbirlərini davam etdirir - VİDEO
  • 09:21

    AMB-nin bu günə olan valyuta məzənnələri
  • 09:18

    Gəncədə mədə kiçiltmə əməliyyatı olunan qadın ölüb
  • 09:09

    Azərbaycanlı referi Çempionlar Liqası matçına təyinat alıb
  • 08:54

    2024/2025 mövsümünün qol rekordu qeydə alındı
  • 08:40

    Bakıda sıxlıq olan yollar açıqlanıb
  • 08:30

    Bakı metrosunda yubanma olub
  • 08:03

    Azərbaycanda növbəti “Yaradıcı Həftə” keçiriləcək
Menyu