http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Neftçalada evlərin birindən 10 000 manatlıq oğurluq edilib -FOTO

27 Aprel 2023 , 10:27
Neftçalada evlərin birindən 10 000 manatlıq oğurluq edilib -FOTO

Cari ilin aprel ayının 1-dən 15-dək olan müddətdə Neftçala rayonunun Bankə qəsəbəsi ərazisində yerləşən evlərin birindən 10000 manat dəyərində məişət əşyalarının və avadanlıqlarının oğurlanması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, daxil olan məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən həmin qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Davud Babayev və Cavidan Abdullayev saxlanılıblar.

Dindirilmə zamanı D.Babayev və  C.Abdullayev cinayət əməllərini səmimi etiraf edərək, qabaqcadan əlbir olaraq zərərçəkmişə məxsus evə 5 dəfə qanunsuz daxil olduqlarını və oradan müxtəlif növ məişət əşyaları və avadanlıqları oğurladıqlarını bildiriblər. Qənimətlərin bir qismini dəyərindən ucuz qiymətə satan tanışlar əldə etdikləri pulları öz aralarında bölüblər. Əşya və avadanlıqların bir qismi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb. 

Faktla bağlı Neftçala RPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. D.Babayev və  C.Abdullayevin digər analoji hadisələrdə iştirakının olub-olmaması araşdırılır.

OXŞAR XƏBƏRLƏR
Bakı metrosunda yubanma olub

Bakı metrosunda yubanma olub

Azərbaycanda növbəti “Yaradıcı Həftə” keçiriləcək

Azərbaycanda növbəti “Yaradıcı Həftə” keçiriləcək

Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb

Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb

XƏBƏR LENTİ
  • 09:09

    Azərbaycanlı referi Çempionlar Liqası matçına təyinat alıb
  • 08:54

    2024/2025 mövsümünün qol rekordu qeydə alındı
  • 08:30

    Bakı metrosunda yubanma olub
  • 08:03

    Azərbaycanda növbəti “Yaradıcı Həftə” keçiriləcək
  • 07:53

    Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
    Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
  • 00:02

    Həşim Safiəddin “Hizbullah”ın yeni baş katibi seçilib
  • Dünən
    23:33

    ABŞ Yaxın Şərqə əlavə döyüş təyyarələri göndərir
  • Dünən
    23:10

    Məsud Pezeşkian: İsrailin cinayətləri cavabsız qalmayacaq
Menyu