http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 16 ° C

Canni De Byazi "Qarabağ"dan danışıb

28 Aprel 2023 , 13:05
Canni De Byazi "Qarabağ"dan danışıb

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi gündəm yaradacaq açıqlamalar verib. 

"Operativ Media" xəbər verir ki, o, 1news.az saytına verdiyi müsahibədə bildirib ki, Albaniya millisinə rəhbərlik etdiyi dövrdə bu komanda FİFA reytinqində 80-ci pillədə olub: "2,5 ildən sonra isə komanda 22-ci yerə qədər yüksəldi. Bu, inanılmaz göstərici idi və futbolçuların sayəsində mümkün oldu. Amma siz Azərbaycan çempionatının səviyyəsinə baxın. Əminəm ki, siz onun səviyyəsinə bələdsiniz".

Jurnalistin "səviyyə yüksək deyil" cavabına Canni de Byazinin "Qarabağ"la bağlı fikirlər səsləndirib: "Məhz belədir. Siz hesab edirsiniz ki, "Qarabağ" legionersiz bu komanda ola bilərdi" - deyə Canni de Byazi qeyd edib.

Daha sonra jurnalist bildirib ki, "Qarabağ" millidən fərqli olaraq, psixoloji tərəfdən daha hazırlıqlıdır və komanda istənilən rəqibə qarşı yaxş oyun sərgiləyə bilər. Bununla bağlı Canni de Byazi deyib:

"Bu heyət artıq 10 ildir birgədir. Qurban Qurbanov isə 2008-ci ildən "Qarabağ"a başçılıq edir. Onun öz strategiyasını gerçəkləşdirmək üçün vaxtı oldu. Amma mən bura (milliyə - red.) başqa ölkələrdən futbolçular cəlb edə bilmərəm".

De Byazi millinin məğlubiyyətlərinə görə çoxsaylı tənqidlərə də münasibət bildirib: "İngiltərə Premyer Liqasında "Arsenal" 1:4 hesabı ilə uduzdu. Bu, ağır məğlubiyyətdir. Amma sən reytinqdə özündən 100 pillə yüksəkdə olan komandaya uduzursansa, bu, darmadağın deyil. Bəli, biz 0:2 hesabı ilə uduza bilərdik. Amma çoxlu səhvə yol verdik. Bu, bizim futbolçula böyük təcrübə qazandıracaq".

De Byazi bu günlərdə AFFA İcraiyyə Komitəsinin iclasını yarımçıq tərk etməsinə də toxunub. O deyib: "Mənim bu iclasdan sonra görüşüm vardı, ona görə tələsirdim. İcraiyyə Komitəsinin üzvlərinə dedim ki, gələcək inkişaf üçün proqram tərtib edilməlidir. Bu, mənimləmi olacaq, ya başqa məşqçi iləmi, fərqi yoxdur. Amma vacib odur ki, biz yeni layihəyə başlayaq. Bu layihə təkcə AFFA deyil, Gənclər və İdman Nazirliyi və digər qurumlarla da olmalıdır. Futbol uşaqlara məktəbdə öyrədilməlidir. Onu isə yaxşı məşqçilər, müəllimlər tədris etməlidir".

OXŞAR XƏBƏRLƏR
Azərbaycan PL: "Qarabağ" "Sabah"ı məğlub etdi

Azərbaycan PL: "Qarabağ" "Sabah"ı məğlub etdi

Azərbaycan PL: "Şamaxı" "Turan Tovuz"la sülhə razılaşdı

Azərbaycan PL: "Şamaxı" "Turan Tovuz"la sülhə razılaşdı

Azərbaycan PL: "Neftçi" yenə qələbə qazana bilmədi

Azərbaycan PL: "Neftçi" yenə qələbə qazana bilmədi

XƏBƏR LENTİ
  • 21:10

    Sumqayıtda yataqxanada partlayış baş verib - YENİLƏNİB
    Sumqayıtda  yataqxanada partlayış baş verib - YENİLƏNİB
  • 21:00

    Azərbaycan PL: "Qarabağ" "Sabah"ı məğlub etdi
  • 20:05

    Bakıda BPA-nın 29-cu İllik Konfransı və Ümumi Yığıncağının açılış mərasimi keçirilib - YENİLƏNİB
    Bakıda BPA-nın 29-cu İllik Konfransı və Ümumi Yığıncağının açılış mərasimi keçirilib - YENİLƏNİB
  • 19:34

    İlham Əliyev: Dünyada artmaqda olan irqçilik meyilləri hamımızı narahat edir
  • 19:20

    Dövlət başçısı: Süni intellektin cinayətkarlıq məqsədilə istifadəsi prokurorluq orqanlarının qarşısında mürəkkəb çağırışlar qoyur
  • 19:16

    İlham Əliyev: Beynəlxalq Prokurorlar Assosiasiyası ilə uzunmüddətli əlaqələrimizi yüksək qiymətləndiririk
    İlham Əliyev: Beynəlxalq Prokurorlar Assosiasiyası ilə uzunmüddətli əlaqələrimizi yüksək qiymətləndiririk
  • 19:10

    İlham Əliyev: Cinayət əməllərinə görə Ermənistan dövlət səviyyəsində məsuliyyət daşıyır
    İlham Əliyev: Cinayət əməllərinə görə Ermənistan dövlət səviyyəsində məsuliyyət daşıyır
  • 18:47

    Prezident İlham Əliyev BPA 29-cu İllik Konfransının iştirakçılarına müraciət edib
    Prezident İlham Əliyev BPA 29-cu İllik Konfransının iştirakçılarına müraciət edib
Menyu