http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

"Şahin" hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib

29 Aprel 2023 , 19:35
"Şahin" hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə “Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Müdafiə Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin, Yasamal, Xəzər, Suraxanı, Sabunçu, Qaradağ, Nizami, Nəsimi, Nərimanov, Binəqədi və Xətai rayonların Gənclər və İdman idarələrinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, hərbi liseyin zabitləri, eləcə də “Şahin” hərbi-idman oyununun hakimləri iştirak ediblər.

Çıxış edənlər iştirakçı komandalara uğurlar arzulayıblar. Bildirilib ki, “Şahin” hərbi-idman oyununun keçirilməsində əsas məqsəd məktəblilərin fiziki sağlamlığının möhkəmləndirilməsi və çağırışçı gənclərin hərbi xidmətə hazırlığının artırılmasından ibarətdir. Qeyd olunub ki, yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsində hərbi-idman oyunlarının yeri və rolu əvəzsizdir.

Rəsmi mərasimdən sonra hərbi liseyin kursantları və məktəblilər hərbi orkestrin ifası altında təntənəli marşla tribuna önündən keçiblər.

Komandalar sıra, fiziki, mülki-müdafiə hazırlığı və maneələrin dəf olunması, eləcə də digər mərhələlər üzrə tapşırıqları icra ediblər.

Yekun nəticələrə əsasən qaliblər diplom və kubokla mükafatlandırılıblar.

Qeyd edək ki, “Şahin” hərbi-idman oyunlarının Bakı şəhəri üzrə zona mərhələsinin qalibi respublika final mərhələsinə vəsiqə qazanıb.

OXŞAR XƏBƏRLƏR
Bakıda obyektdəki yanğın söndürülüb

Bakıda obyektdəki yanğın söndürülüb

DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “Farmaniya.com” dələduzluq pramidasını ifşa edib

DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “Farmaniya.com” dələduzluq pramidasını ifşa edib

VII çağırış Naxçıvan Ali Məclisinin ilk iclasının vaxtı məlum olub

VII çağırış Naxçıvan Ali Məclisinin ilk iclasının vaxtı məlum olub

XƏBƏR LENTİ
  • 09:25

    Ceyhun Bayramov: 2020-ci ildən bəri 140-dan çox ölkəyə dəstək göstərmişik
  • 08:37

    Azərbaycan və Venesuela XİN başçıları COP29 çərçivəsində əməkdaşlığı müzakirə ediblər
  • 08:33

    Azərbaycan və Belarus XİN başçıları ticarət üzrə əməkdaşlığın perspektivlərini müzakirə ediblər
  • Dünən
    23:46

    Bakıda obyektdəki yanğın söndürülüb
  • Dünən
    23:07

    Netanyahu: İsrail düşmənlərinə zərbələr endirməyə davam edəcək
  • Dünən
    22:19

    İsrail ordusu "Hizbullah"ın kəşfiyyat idarəsinin üzvünü zərərsizləşdirib
  • Dünən
    21:45

    Azərbaycan PL: "Neftçi" yenə qələbə qazana bilmədi
  • Dünən
    21:42

    İndoneziya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini irəli sürəcək
Menyu