http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Yasamalda yaşayış binasında partlayış olub

25 Oktyabr 2022 , 14:59
Yasamalda yaşayış binasında partlayış olub

Bu gün günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 22 ünvanında yerləşən çoxmərtəbəli binada partlayış baş verməsi barədə məlumat daxil olub.

FHN-dən "Operativ Media"ya verilən məlumata görə, dərhal Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 60kv.m olan üçotaqlı mənzilin hamam otağında, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayışın baş verdiyi müəyyən edilib. Partlayış dalğasının zərbəsindən otaqların pəncərə çərçivələri yerindən çıxıb, şüşələri qırılıb. Hadisə nəticəsində 1950-ci il təvəllüdlü Manafov Şahin Manaf oğlu xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Faktla bağlı araşdırma aparılır.

 

OXŞAR XƏBƏRLƏR
Bu ilin avqust ayında yaşa görə pensiya alanların sayı 710 775 nəfər olub

Bu ilin avqust ayında yaşa görə pensiya alanların sayı 710 775 nəfər olub

Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Bakıda veloyürüş keçiriləcək

Bakıda veloyürüş keçiriləcək

XƏBƏR LENTİ
  • 11:11

    Pərviz Şahbazov Almaniyaya səfər edib
  • 11:09

    İlham Əliyev Səudiyyə Ərəbistanının Kralına təbrik məktubu ünvanlayıb
  • 11:06

    Azərbaycanda heyvan növlərinin sayımına başlanılıb
  • 11:02

    VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir, Prezident İlham Əliyev iclasda iştirak edir
    VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir, Prezident İlham Əliyev iclasda iştirak edir
  • 10:54

    Livanda İsrail ordusunun hücumu nəticəsində bir mülki şəxs həlak olub
  • 10:49

    Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb, 2 pilot həlak olub
  • 10:45

    Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə iki medal qazandı
  • 10:36

    Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinə başlanılıb
Menyu