http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 12 ° C

Azərbaycan Prezidenti İlham Əliyev “Boeing” şirkətinin icraçı vitse-prezidentini qəbul edib - YENİLƏNİB

30 Aprel 2023 , 17:10
Azərbaycan Prezidenti İlham Əliyev “Boeing” şirkətinin icraçı vitse-prezidentini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da “Boeing” şirkətinin icraçı vitse-prezidenti, “Boeing Commercial Airplanes” şirkətinin prezidenti və baş icraçı direktoru Stenli Dili qəbul edib.

"Operativ Media" xəbər verir ki, görüşdə Azərbaycan ilə “Boeing” şirkəti arasında 8 ədəd müasir “Boeing 787 Dreamliner” təyyarəsinin alınmasına dair bu yaxınlarda razılaşmanın əldə olunması mühüm hadisə kimi qiymətləndirildi. Azərbaycan ilə “Boeing” şirkəti arasında uzun illərdir uğurlu və etibarlı əməkdaşlığın həyata keçirildiyi vurğulandı.

Söhbət zamanı Azərbaycanda nəqliyyat sahəsində böyük işlərin həyata keçirilməsindən bəhs olundu, ölkəmizin mühüm beynəlxalq və regional nəqliyyat habına çevrildiyi, yeni hava limanlarının açıldığı qeyd edildi.

Qarabağda və Şərqi Zəngəzurda yeni hava istiqamətlərinin açılmasının önəmi vurğulandı, əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu.

Görüşdə Formula 1 yarışının Azərbaycanda yüksək səviyyədə təşkil olunduğu bildirildi, ölkəmizə xeyli sayda turistin gəlməsinin önəmi vurğulandı. Azərbaycanın mötəbər tədbirlərin keçirildiyi məkana çevrildiyi və ölkəmizin beynəlxalq əməkdaşlıq işlərinə töhfə verdiyi qeyd edildi.

 

***

15:55

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da “Boeing” şirkətinin icraçı vitse-prezidenti, “Boeing Commercial Airplanes” şirkətinin prezidenti və baş icraçı direktoru Stenli Dili qəbul edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

OXŞAR XƏBƏRLƏR
Ərdoğan: İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyirik

Ərdoğan: İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyirik

Ayxan Hacızadə Peter Stanonun səsləndirdiyi fikirlərə cavab verib

Ayxan Hacızadə Peter Stanonun səsləndirdiyi fikirlərə cavab verib

Qərbi Azərbaycan İcması Aİ-nin nümayəndəsi Peter Stanonun qeyri-konstruktiv bəyanatını pisləyib

Qərbi Azərbaycan İcması Aİ-nin nümayəndəsi Peter Stanonun qeyri-konstruktiv bəyanatını pisləyib

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    Bakıda obyektdəki yanğın söndürülüb
  • Dünən
    23:07

    Netanyahu: İsrail düşmənlərinə zərbələr endirməyə davam edəcək
  • Dünən
    22:19

    İsrail ordusu "Hizbullah"ın kəşfiyyat idarəsinin üzvünü zərərsizləşdirib
  • Dünən
    21:45

    Azərbaycan PL: "Neftçi" yenə qələbə qazana bilmədi
  • Dünən
    21:42

    İndoneziya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini irəli sürəcək
  • Dünən
    21:11

    Bayden: ABŞ İsrailin Hizbullaha qarşı özünü müdafiə etmək hüququnu tam dəstəkləyir
  • Dünən
    21:04

    İranda 5 günlük matəm elan olunub
  • Dünən
    20:35

    Ərdoğan: İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyirik
Menyu