http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

İranın körpə ölümlərinə "Shahed"liyi-ŞƏRH

25 Oktyabr 2022 , 15:23
İranın körpə ölümlərinə "Shahed"liyi-ŞƏRH

İran digər xalqların azadlıq, müstəqillik ideyalarına zəhər qatıb. Tarixən belə olub, Araz şahiddir. İndi də bu siyasəti dua adı ilə ucdantutma hamının üzünə oxuyublar. Ona görə də olublar şeytan cildində, əmmaməli ilanlar. Hətta bunların silahları da var. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndə bu silahlar qımışmağa başlayır. İraqla bir vaxtlar müharibə aparıb, İsrail tarixi torpaqlarında ədaləti bərpa edən zaman müxtəlif dini qruplar çevrilib olurlar silahlı, raketli xüsusi adamlar. İndi də Arazın o tayındakı əmmaməlilər qanadlanıb uçublar, kamikadze olublar. Ukraynanın ərazi bötülüyünün pozulmasında iştirak edirlər, dinc insanların ölümünə “Shahed”lik edirlər.
 
Fikir verirsiniz, necə fəaliyyət istiqamətləri var?!  Dövlətlərin ərazi bötüvlüyü, insanların azadlığı, ədalətin bərpası, yəni normal olan nə varsa, İrana anormal gəlir. Məsələn, Ermənistan işğalı zamanı Azərbaycan ərazilərində dini abidələr dağıdılanda, bu İran üçün normal idi. 2020-ci ildən sonra Azərbaycan ədaləti bərpa edib, eyni zamanda həmin işğal dövründə dağıdılan abidələri normal vəziyyətə gətirəndə, İran bunu anormallıq sayır. Başını qaldır bax, Arazın o tayından Zəngilandakı yeni məscidin minarələri görünür, hansı ki, Azərbaycan tərəfindən , öz doğma torpağında tikilir. Hansı ki, 30 ilə yaxın müddət ərzində həmin ərazilərdə evlərin taxta, daşı, dəmirinə kimi tikinti materialı olaraq ərazinə daşımısan. Ay İran, tanımırsan?, həmin ərazilərdir. Boylan Arazdan, bax. Aydın görəcəksən. Əgər yüksək dəyərləri görmək bacarığın varsa...
Amma görünür ki, bu bacarığın yoxdur. Bu səbəbdən də 30 ilə yaxın sərhədində dini abidələr dağılanda, Azərbaycan əraziləri işğal altında talan ediləndə, İran Ermənistanla sərhədsiz idi. Haqq bərpa ediləndə, Xudafərin azad ediləndə sərhəd xidməti postunu qurmaq yadına düşdü.  Din pərdəsi altında islam hamiliyini reklam edərək insanların beynini yuyan bu ölkənin Ermənistan sevgisi də fransızdır. Çünki elə dini lider adlandırıb, şəklini, əlini, indi isə ruhunu öpdükləri  Ruhullah Xomeyni də Fransa layihəsidir. Elə Fransa ilə əl-ələ verib Ermənistan adında nankor, “tərbiyə görməyən” balasını qonşulara daş atmağa hazırlayır. Daş atanlardan danışmışkən, bir neçə gün öncə Ukraynanın ərazisi olan, hazırda işğal atındakı ərazisində 10 iranlı hərbi dron təlimatçısı öldürüldü. Niyə, nə işi var iranlı hərbi mütəxəssilərin Ukraynanın ərazisində? İlanın nə dronu azıb, özgə ərazisində?
Tarix boyu, özgə ərazisini Arazla bölüb. Ürəymizdən keçən Araz qan damarı ilə ərazimizi kəsib, sərhəd edib. İndi də o sərhədə Xomeyninin vaxtından qalma hərbi texnika ilə güc nümayiş etdirir. Güclər də odur ki, təlimdə özlərini vururlar, hərbi maşınları qəza edib ölürlər. Bayaq dediyim Ukrayna ilə bağlı, yadınızdadırsa, 4 bir tərəfə nifrət püskürən, təhdid edən general Qasim Süleymani öldürüləndə Ukrayna sərnişin təyyarəsini hərbi təyyarə bilib vurmuşdular. Ona görə də qara ilandan qorxmağa dəyməz, rəngi kimi xisləti qara olanların niyyəti başlarına gəlir.

Samir Cabbarov-Operativ Media

OXŞAR XƏBƏRLƏR
Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq

Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq

Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

XƏBƏR LENTİ
  • Dünən
    23:22

    Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb
  • Dünən
    22:35

    Qobustan qəsəbəsində yanğın baş verib
  • Dünən
    22:23

    Azərbaycan PL-də 7-ci tura yekun vurulub
  • Dünən
    21:35

    Hakan Fidan ABŞ-də səfərdədir
  • Dünən
    21:12

    Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb
  • Dünən
    20:20

    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
  • Dünən
    20:09

    İranda güclü zəlzələ olub - YENİLƏNİB
  • Dünən
    20:02

    Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi
Menyu