http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Azərbaycan Akkreditasiya Mərkəzinin nümayəndə heyəti Serbiyaya işgüzar səfər edib

01 May 2023 , 11:13
Azərbaycan Akkreditasiya Mərkəzinin nümayəndə heyəti Serbiyaya işgüzar səfər edib

Azərbaycan Akkreditasiya Mərkəzi ilə Böyük Britaniya və Şimali İrlandiya Krallığı, Serbiya və Yunanıstanın akkreditasiya qurumları arasında Anlaşma Memorandumu imzalanıb.

"Operativ Media" xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin nümayəndələri Serbiyanın Belqrad şəhərinə səfər edib. Səfər çərçivəsində nümayəndə heyəti Akkreditasiya üzrə Avropa Əməkdaşlığı Təşkilatının Çoxtərəfli Saziş Şurasının (MAC) 48-ci iclasında iştirak edib.

İclasda Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatı və Beynəlxalq Akkreditasiya Forumu (IAF) prosedurları ilə bağlı həmkar qiymətləndirilməsi meyarlarında və prosedurlarında yeniliklərin müzakirəsi, akkreditasiya orqanlarında aparılmış həmkar qiymətləndirmələrinin nəticələrinə dair hesabatın dinlənilməsi, akkreditasiya orqanlarının Çoxtərəfli Saziş (MLA) iştirakçısı statusu ilə təltif edilməsi, dayandırılması və ya geri çağırılmasına dair qərarların qəbul edilməsi, həmkar qiymətləndirmələri zamanı standartların yeni nəşrlərinə keçidlə bağlı aşkarlanmış uyğunsuzluqlar və problemlər müzakirə edilib.

Səfər çərçivəsində Serbiyanın Akkreditasiya Orqanı, Yunanıstanın Ellin Akkreditasiya Sistemi və Böyük Britaniya və Şimali İrlandiya Krallığının akkreditasiya orqanı olan UKAS ilə Azərbaycan Akkreditasiya Mərkəzi arasında Anlaşma Memorandumları imzalanıb. İkitərəfli əsasda imzalanmış Memorandumlarda ticarətdə texniki maneələrin aradan qaldırılması, akkreditasiya  sahəsində kadrların hazırlanması və təcrübə mübadiləsinin aparılması, uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası, qiymətləndirmədə iştirakın təmin olunması və digər əlaqəli sahələrdə əməkdaşlıq məsələləri öz əksini tapıb.

OXŞAR XƏBƏRLƏR
“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

Azərbaycan Ticarət Forumu keçiriləcək

Azərbaycan Ticarət Forumu keçiriləcək

XƏBƏR LENTİ
  • 19:53

    Birinci vitse-prezident bərpadan sonra Üzeyir Hacıbəylinin ev-muzeyindən paylaşım edib
  • 19:43

    Prezident Xankəndidə “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanış olub - YENİLƏNİB
    Prezident Xankəndidə “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanış olub - YENİLƏNİB
  • 19:36

    “Sonsuz qardaşlıq- III” çoxmillətli təlimi başa çatıb - VİDEO
  • 19:30

    Prezident İlham Əliyev Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
    Prezident İlham Əliyev Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda görülən işlərlə tanış olub  YENİLƏNİB
  • 19:29

    Prezident İlham Əliyev Ağdamın Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış olub - YENİLƏNİB
    Prezident İlham Əliyev Ağdamın Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış olub - YENİLƏNİB
  • 19:17

    Azərbaycan-Yaponiya ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub
  • 19:14

    Ağdam şəhərində “İmarət” stadionunun təməli qoyulub - YENİLƏNİB
    Ağdam şəhərində “İmarət” stadionunun təməli qoyulub - YENİLƏNİB
  • 19:10

    İlham Əliyev Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib - YENİLƏNİB
    İlham Əliyev Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib - YENİLƏNİB
Menyu