http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Sığortalanan meyvə bağları və əkin sahələrinə dəyən zərərə görə ödəniş ediləcək

01 May 2023 , 15:18
Sığortalanan meyvə bağları və əkin sahələrinə dəyən zərərə görə ödəniş ediləcək

Həftəsonu hava şəraitinin kəskin dəyişməsi, atmosfer yağıntılarının mövsümi normadan artıq düşməsi nəticəsində respublikanın bəzi bölgələrində dolu, sel, subasma halları qeydə alınıb. Baş verən təbiət hadisələri nəticəsində bəzi fermerlərin təsərrüfatlarına zərər dəyib. Aqrar Sığorta Fondu rayonlarda sığortalanmış meyvə bağlarına, əkin sahələrinə zərər dəyməsi ilə bağlı fermerlərin müraciətlərini araşdırmağa başlayıb.

Aqrar Sığorta Fondundan "Operativ Media"ya bildirilib ki, baş verən sığorta hadisələri ilə bağlı əkin sahələrini və təsərrüfatlarını sığorta etmiş fermerlərin müraciətləri müstəqil aqrar sığorta ekspertlərinin iştirakı ilə araşdırılır. Hazırda ekspertlər hadisə ərazisinə baxış keçirir, hadisəni və onun nəticələrini qeydə alır, ilkin olaraq dəyən zərəri hesablayırlar. Araşdırmalar başa çatdıqdan sonra qanunvericiliyə uyğun olaraq sığorta hadisələri üzrə ödənişlər həyata keçiriləcək.

Aqrar Sığorta Fondu bir daha təsərrüfatlarını sığorta etdirmiş fermerləri öz əkin sahələrinə baxış keçirməyə və baş verən hadisələrlə bağlı Fonda müraciət etməyə çağırıb.

Eyni zamanda, Fond indiyədək dövlət dəstəkli aqrar sığorta mexanizmindən istifadə etməyən fermerləri öz təsərrüfatlarını sığortalamağa dəvət edib.

“Fermerlərə əkin sahələrini vaxtında dövlət dəstəyi ilə və sərfəli şərtlərlə sığortalamaq tövsiyyə olunur, bununla bağlı fermerlərə Fond tərəfindən müraciətlər, çağırışlar da edilir. Fermerlərimizi dövlət tərəfindən təqdim olunan bu dəstəyi dəyərləndirməyə dəvət edirik” - deyə Aqrar Sığorta Fondundan bildirilib.

Qeyd edək ki, fermerlər təsərrüfatlarına dəymiş zərərlə bağlı Aqrar Sığorta Fondunun 1651 Çağrı Mərkəzinə zəng edərək müraciətlərini rəsmiləşdirə bilərlər.

OXŞAR XƏBƏRLƏR
“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

Azərbaycan Ticarət Forumu keçiriləcək

Azərbaycan Ticarət Forumu keçiriləcək

XƏBƏR LENTİ
  • 19:59

    Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB
    Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB
  • 19:53

    Birinci vitse-prezident bərpadan sonra Üzeyir Hacıbəylinin ev-muzeyindən paylaşım edib
    Birinci vitse-prezident bərpadan sonra Üzeyir Hacıbəylinin ev-muzeyindən paylaşım edib
  • 19:43

    Prezident Xankəndidə “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanış olub - YENİLƏNİB
    Prezident Xankəndidə “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanış olub - YENİLƏNİB
  • 19:36

    “Sonsuz qardaşlıq- III” çoxmillətli təlimi başa çatıb - VİDEO
  • 19:30

    Prezident İlham Əliyev Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
    Prezident İlham Əliyev Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda görülən işlərlə tanış olub  YENİLƏNİB
  • 19:29

    Prezident İlham Əliyev Ağdamın Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış olub - YENİLƏNİB
    Prezident İlham Əliyev Ağdamın Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış olub - YENİLƏNİB
  • 19:17

    Azərbaycan-Yaponiya ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub
  • 19:14

    Ağdam şəhərində “İmarət” stadionunun təməli qoyulub - YENİLƏNİB
    Ağdam şəhərində “İmarət” stadionunun təməli qoyulub - YENİLƏNİB
Menyu