http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Mehman Xəlilov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib

02 May 2023 , 11:09
Mehman Xəlilov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib

Aprelin 29-da Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində 19 saylı məktəbin idman zalında 2016-cı il təvəllüdlü Fərid Bakarova ağır xəsarətlər yetirərək ölümünə səbəb olan 1994-cü il təvəllüdlü Mehman Xəlilov barəsində Sumqayıt Şəhər Məhkəməsi qərar qəbul edib.

"Operativ Media" “Qafqazinfo”ya istinadən xəbər verir ki, məhkəmə Mehman Xəlilov barəsində istintaq müddəti üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Hazırda onun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə açılmış işin istintaqı davam etdirilir.

İlkin araşdırmalar zamanı məlum olub ki, Mehman Xəlilov hadisədən dərhal sonra 7 yaşlı Fəridin yaxınlarına onun yıxılması nəticəsində xəsarət aldığını bildirib. Lakin qısa vaxt sonra onun sambo idman növü üzrə keçirdiyi məşqdə azyaşlılara qarşı qəddar rəftar göstərməsi üzə çıxıb və müşahidə kamerasının çəkdiyi görüntülər istintaq orqanı tərəfindən götürülüb.

Yaxınlarının bildirdiyinə görə, məşqçi hadisə baş verəndən sonra ailəyə məlumat vermədən uşağı xəstəxanaya aparıb. İlkin məlumata əsasən, orada müəllimə uşağı ixtisaslaşmış xəstəxanaya aparmaq tövsiyə edilsə də, o, Fəridi evlərinə aparıb. Uşağın ailə üzvləri onun vəziyyətinin yaxşı olmadığını görərək yenidən xəstəxanaya çatdırıblar, amma azyaşlının həyatını xilas etmək mümkün olmayıb. 

Hazırda idman zalında çəkilmiş digər görüntülər də araşdırılır. Mehman Xəlilovun məşqlərində iştirak etmiş digər uşaqlara qarşı da eyni rəftarın göstərildiyi  istisna edilmir. Məşqlərdə iştirak edən digər şagirdlərin valideynlərinin şikayəti və əzab verməni sübut edə biləcək görüntülər əsasında M.Xəlilov barəsində açılmış cinayət işinə Cinayət Məcəlləsinin digər maddələrinin də əlavə edilməsi mümkündür.

OXŞAR XƏBƏRLƏR
Elm və təhsil nazirinin Balakəndə vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Elm və təhsil nazirinin Balakəndə vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Bakıda mebel və taxta materialları sexindəki yanğın məhdudlaşdırılıb - YENİLƏNİB

Bakıda mebel və taxta materialları sexindəki yanğın məhdudlaşdırılıb - YENİLƏNİB

Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb

Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb

XƏBƏR LENTİ
  • 17:07

    Elm və təhsil nazirinin Balakəndə vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib
  • 17:00

    Bakıda mebel və taxta materialları sexindəki yanğın məhdudlaşdırılıb - YENİLƏNİB
  • 16:39

    Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb
  • 16:05

    Azərbaycanda torpağın məqsədli təyinatının dəyişdirilməsi üçün əsaslar müəyyənləşib
  • 16:03

    Pakistanda helikopterin qəzaya uğraması nəticəsində azı 6 nəfər ölüb
  • 16:00

    "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib
  • 15:58

    "Hizbullah" Həsən Nəsrullahın öldürüldüyünü təsdiqləyib
  • 15:44

    Azərbaycanda torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları təsdiqlənib
Menyu