http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Zabit Səmədov: O videodakı “müəllimin” də, onu ora yerləşdirənin də cəzası ağır olmalıdır

03 May 2023 , 00:20
6330
Zabit Səmədov: O videodakı “müəllimin” də, onu ora yerləşdirənin də cəzası ağır olmalıdır

Xəbər verdiyimiz kimi, Sumqayıtda Hacı Zeynalabdin qəsəbəsində yerləşən 19 nömrəli məktəbin idman zalında 7 yaşlı Fərid Bakarovun idman məşqçisi Mehman Xəlilov tərəfindən kobud davranış nəticəsində ölməsi ilə bağlı görüntülər yayılıb. Həmin görüntülər sosial şəbəkələrdə ciddi narahatlıq yaradıb. Sosial şəbəkə istifadəçiləri, ictimai fəallar faktın dərhal, hərtərəfli araşdırılmasını, günahkarın ən ağır cəza almasını tələb edirlər.

“Operativ Media”nın idman müxbiri məsələ ilə bağlı “Zabit Səmədov” döyüş klubunun rəhbəri, Azərbaycanın dünyaca məşhur K1 döyüşçüsü, “Mauqli” ləqəbli Zabit Səmədovun fikirlərini öyrənib:

- Zabit bəy, yəqin ki, son günlər sosial mediada yayılan, 7 yaşlı Fərid Bakarovun idman məşqçisi Mehman Xəlilov tərəfindən kobud davranış nəticəsində ölməsi ilə bağlı görüntülərinə baxmısınız. Hadisə ilə bağlı peşəkar döyüşçü, məşqçi kimi fikirlərinizi öyrənmək istərdik: 

- Həmin videonu məyusluqla izlədim. Təəssüflər olsun ki, belə bir hal yaşanıb. Həmin videodakı hərəkətlər nəinki müəllimə, heç insanlığa da sığmır. Biz müəllim olaraq uşaqlara öz övladımız kimi yanaşmalıyıq. Mənim özümün döyüş məktəbim var, burada məşqçilərin hər biri müəyyən titullu və təcrübəyə malik şəxslərdir. Hazırda bizimlə çalışan müəllimlər arasında öz ölkəmizlə yanaşı, ukraynalı, rusiyalı, belarusiyalı və digər ölkələrin peşəkarları da yer alır. Bütün prosesə özüm nəzarət edirəm. Bəzən uşaqlarla məşq də edirəm. Bunları ona görə deyirəm ki, burada məsuliyyət həm də idman klubunun üzərindədir. Çünki rəhbərlik düzgün adamları seçməli, obyekti düzgün adamlara həvalə etməlidir. Məşqçilik edən adamın keçmişini, psixologiyasını, dünya görüşünü araşdırmaq həm də obyekti ona verən adamın borcudur. Valideyn də ona güvənib uşağını oraya göndərir. 

Mən düşünürəm ki, bu bədbəxt hadisəyə görə müəllimdən başqa, bilmirəm indi hansı federasiyanın nəzarətində olmalı idi, amma görüntülərdən cüdo fəndlərinin yerinə yetirildiyi görünür - onlar da, obyekti icarəyə verənlər də və ümumiyyətlə günahkar kimlər varsa hamısı aşkarlanmalı, layiqli cəzalarını almalıdırlar. 

Keçirilən məşqin videosundan da görünür ki, burada heç nə qaydasında deyil. Birincisi müəllim bilməlidir ki, azyaşlı uşaqlara hansı fəndləri keçmək olar, hansıları yox. Həmin fəndlər də müəyyən müddətdən sonra (məsələn, 6 ay, 1 il) tətbiq edilə bilər. 

Bizim zala 5 yaşında da uşaqlar gəlir. Amma 5 yaşında uşağa döyüş məşqi keçmirik. Hər yaşa uyğun müəyyən proqramlar var. Bunlar peşəkarlar tərəfindən müəyyən edilib. Yəni, kimsə öz ağlına uyğun, körpə uşaqlara istədiyi fəndi tətbiq etməli deyil. Döyüş özü elmdir. Onu əvvəlcə nəzəri cəhətdən bilmək lazımdır ki, praktikada uğurlu tətbiq edəsən. 

Müəllimləri işə götürərkən xüsusən tapşırıq veririk ki, uşaqları yükləmək olmaz. Onlar bunu bilsə də, biz kamera vasitəsilə bütün prosesə nəzarət edirik. Eyni zamanda, valideynlər həm evdən, həm də zalın gözləmə otağından uşaqların məşq prosesini canlı izləyə təklif və iradlarını bildirə bilərlər. 

Həmin videodakı şəxs nə müəllimə oxşayır, nə də hərəkətləri insan hərəkətinə. Sizə onu da deyim ki, onun oraya hansı vəziyyətdə gəldiyi də məlum deyil. İnsan necə belə davrana bilər? 

Bu şəxsə o zalı verən adam, ya qurum, təşkilat ona birbaşa nəzarət etməli idi. Mən oxudum ki, Cüdo Federasiyası deyib bizlik deyil. Amma bu adam videoda boks dərsi keçmir, “brasok” atır. 

Bu cür hərəkətin cəzası ağır olmalıdır. Tək onun yox, onu ora yerləşdirənin də..

OXŞAR XƏBƏRLƏR
Azərbaycan PL: "Araz-Naxçıvan" "Səbail"i məğlub etdi

Azərbaycan PL: "Araz-Naxçıvan" "Səbail"i məğlub etdi

"Tottenhem"in hücumçusu: "Komanda ruhu göstərdik"

"Tottenhem"in hücumçusu: "Komanda ruhu göstərdik"

Fərid Qayıbov Zaqatala Olimpiya İdman Kompleksinə baxış keçirib

Fərid Qayıbov Zaqatala Olimpiya İdman Kompleksinə baxış keçirib

XƏBƏR LENTİ
  • 09:27

    COP29 nümayəndə heyəti BMT Baş Assambleyasının sessiyası və Nyu-York İqlim Həftəsinə qatılıb
  • 09:04

    Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb
  • 08:56

    Ceyhun Bayramov Annalena Berbok ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib - YENİLƏNİB
    Ceyhun Bayramov Annalena Berbok ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib - YENİLƏNİB
  • 08:50

    Azərbaycanla İndoneziya diplomatlar üçün viza tələbini ləğv edirlər - YENİLƏNİB
    Azərbaycanla İndoneziya diplomatlar üçün viza tələbini ləğv edirlər - YENİLƏNİB
  • 07:44

    Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə görüşüb
  • 07:33

    Azərbaycanın xarici işlər naziri G-77 ölkələri və Çin nazirlərinin görüşündə çıxış edib
  • 07:04

    Ceyhun Bayramov BMT-də bir sıra görüşlər keçirib
  • 07:03

    COP29-un Prezidenti Britaniyanın dövlət katibi ilə görüşüb
Menyu