http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Astara sakininin evindən 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

03 May 2023 , 09:00
Astara sakininin evindən 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Orxan Məmmədov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, şəxsi axtarış zamanı ondan marixuana aşkarlanaraq götürülüb. Araşdırmalarla  həmin şəxsin narkotik vasitəni əldə etdiyi mənbə də müəyyən edilib və bu istiqamətdə keçirilən əməliyyat tədbirləri nəticəsində Astara rayon sakini Təbriz Mirzəyev saxlanılıb. Keçirilən baxış zamanı onun üzərindən və yaşadığı evin həyətindəki yarımtikilidən 8 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, təkcə cari ilin ötən dövrü ərzində Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli 57 fakt aşkarlanıb. Həmin faktlar üzrə 14 nəfər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri, 36 nəfər barəsində isə digər qətimkan tədbirləri seçilib. Qanunsuz dövriyyədən 47 kiloqrama yaxın narkotik vasitə çıxarılıb ki, onun da 20 kiloqramdan artığı güclü təsiredici xassəyə malikdir.

OXŞAR XƏBƏRLƏR
Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb

Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb

DİN-də Anım Gününə həsr olunmuş tədbir keçirilib

DİN-də Anım Gününə həsr olunmuş tədbir keçirilib

Bakının üç rayonunda qaz kəsiləcək

Bakının üç rayonunda qaz kəsiləcək

XƏBƏR LENTİ
  • 09:04

    Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb
  • 08:56

    Ceyhun Bayramov Annalena Berbok ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib - YENİLƏNİB
    Ceyhun Bayramov Annalena Berbok ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib - YENİLƏNİB
  • 08:50

    Azərbaycanla İndoneziya diplomatlar üçün viza tələbini ləğv edirlər - YENİLƏNİB
    Azərbaycanla İndoneziya diplomatlar üçün viza tələbini ləğv edirlər - YENİLƏNİB
  • 07:44

    Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə görüşüb
  • 07:33

    Azərbaycanın xarici işlər naziri G-77 ölkələri və Çin nazirlərinin görüşündə çıxış edib
  • 07:04

    Ceyhun Bayramov BMT-də bir sıra görüşlər keçirib
  • 07:03

    COP29-un Prezidenti Britaniyanın dövlət katibi ilə görüşüb
  • Dünən
    23:15

    TBMM sədri: Netanyahu və dəstəsi bilməlidir ki, masanın üzərinə çəkilmiş xəyali xəritələrin heç bir əhəmiyyəti yoxdur
Menyu