http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Son iki ayda Şirvanda narkotik dövriyyəsinə görə 60 nəfər tutulub

03 May 2023 , 09:47
Son iki ayda Şirvanda narkotik dövriyyəsinə görə 60 nəfər  tutulub

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən bu ilin mart-aprel ayları ərzində şəhər ərazisində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan, dələduzluq, oğurluq, qanunsuz olaraq silah saxlama və xuliqanlıq cinayətləri edən ümumilikdə 73 nəfər saxlanılıb.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, həmin şəxslərdən 60-ı narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polisin keçirdiyi əməliyyatlar nəticəsində tutulub. Onlardan 22-i barəsində məhkəmə tərəfindən həbs, 38-i haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Qanunsuz dövriyyədən külli miqdarda heroin, marixuana, metamfetamin,  narkotik tərkibli həblər, həmçinin aqrotexniki qaydada qulluq edilərək yetişdirilən çətənə bitkiləri çıxarılıb.

Qeyd edilən dövr ərzində Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən 3 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Bundan əlavə, şəhər ərazisində yerləşən evlərdən, mağazalardan və avtomobillərdən oğurluqlar edən 3, qanunsuz olaraq odlu silah saxlayan və xuliqanlıq hərəkətləri edən 2 nəfər şəxs də saxlanılaraq məsuliyyətə cəlb olunub. 
Aşkar edilən faktlarla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb

Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb

DİN-də Anım Gününə həsr olunmuş tədbir keçirilib

DİN-də Anım Gününə həsr olunmuş tədbir keçirilib

Bakının üç rayonunda qaz kəsiləcək

Bakının üç rayonunda qaz kəsiləcək

XƏBƏR LENTİ
  • 09:04

    Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb
  • 08:56

    Ceyhun Bayramov Annalena Berbok ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib - YENİLƏNİB
    Ceyhun Bayramov Annalena Berbok ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib - YENİLƏNİB
  • 08:50

    Azərbaycanla İndoneziya diplomatlar üçün viza tələbini ləğv edirlər - YENİLƏNİB
    Azərbaycanla İndoneziya diplomatlar üçün viza tələbini ləğv edirlər - YENİLƏNİB
  • 07:44

    Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə görüşüb
  • 07:33

    Azərbaycanın xarici işlər naziri G-77 ölkələri və Çin nazirlərinin görüşündə çıxış edib
  • 07:04

    Ceyhun Bayramov BMT-də bir sıra görüşlər keçirib
  • 07:03

    COP29-un Prezidenti Britaniyanın dövlət katibi ilə görüşüb
  • Dünən
    23:15

    TBMM sədri: Netanyahu və dəstəsi bilməlidir ki, masanın üzərinə çəkilmiş xəyali xəritələrin heç bir əhəmiyyəti yoxdur
Menyu