http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Su polisi FHN əməkdaşlarl ilə birgə Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində reyd keçirib

03 May 2023 , 10:52
Su polisi FHN əməkdaşlarl ilə birgə Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində reyd keçirib

Su polisi Fövqaladə Hallar Nazirliyinin əməkdaşlarl ilə birgə Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində reyd keçirib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, su polisi Fövqaladə Hallar Nazirliyinin əməkdaşlarl ilə birgə Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində reyd keçirib.Nəqliyyatda Su Polis İdarəsinin və Kiçikhəcmi gəmliərə Nəzarət və Sularda  Xilasetmə Dövlət Xidmətinin  fəaliyyət planına uyğun olaraq həyata keçirilən tədbir bir sıra səbəbdən önəmli xarakter daşıyıb.

Reydin əsas məqsədlərindən biri may ayının 3-də Mingəçevir şəhərində açılışı nəzərdə tutulan "Prezident Kuboku 2023" beynəlxalq reqata iştirakçıları üçün çay hövzəsində onların təhlükəsiz və maneəsiz  hərəkətinin təmin edilməsi üçün zəruri önləyici addımların atılması olub.

Bu səbəbdən də Kür çayının Sahil parkı ərazisindən keçən hissəsində lövbərlınən və  kütləvi gəzintilər üçün nəzərdə tutulmuş qayıqlar Su Polisi əməkdaşlarının müşayəti altında müvəqqəti dayanacaq yerinə köçürülmüşdür.Eyni zamanda həmin limanda yer alan kustar üsulla hazırlanmış , həmçinin qeydiyyat qaydalarına və tələblərinə cavab verməyən qayıqlar müəyyən olunaraq onların istismarına qadağa qoyulmuşdur. Reyd zamanı həm də istismar qaydalarını və tələblərini pozan kiçik həcmli gəmi və qayıq istifadəçilərinə qarşı inzibati  protokollar tərtib olunub.Tədbir zamanı həm tələbləri pozan, həm də beynəlxalq reqata iştirakçılarının təhlükəsiz hərəkətinə maneə yarada biləcək 30-a qədər qayıq su polisinin müşayəti ilə  müvəqqəti dayanacaq yerinə aparıllb.Uğurla başa çatan reydin sonunda FHN əməkdaşları göstərdiyi hərtərəfli dəstəyə görə Su Polisinə təşəkkürlərini çatdırıb.

OXŞAR XƏBƏRLƏR
Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb

Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb

DİN-də Anım Gününə həsr olunmuş tədbir keçirilib

DİN-də Anım Gününə həsr olunmuş tədbir keçirilib

Bakının üç rayonunda qaz kəsiləcək

Bakının üç rayonunda qaz kəsiləcək

XƏBƏR LENTİ
  • 09:04

    Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb
  • 08:56

    Ceyhun Bayramov Annalena Berbok ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib - YENİLƏNİB
    Ceyhun Bayramov Annalena Berbok ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib - YENİLƏNİB
  • 08:50

    Azərbaycanla İndoneziya diplomatlar üçün viza tələbini ləğv edirlər - YENİLƏNİB
    Azərbaycanla İndoneziya diplomatlar üçün viza tələbini ləğv edirlər - YENİLƏNİB
  • 07:44

    Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə görüşüb
  • 07:33

    Azərbaycanın xarici işlər naziri G-77 ölkələri və Çin nazirlərinin görüşündə çıxış edib
  • 07:04

    Ceyhun Bayramov BMT-də bir sıra görüşlər keçirib
  • 07:03

    COP29-un Prezidenti Britaniyanın dövlət katibi ilə görüşüb
  • Dünən
    23:15

    TBMM sədri: Netanyahu və dəstəsi bilməlidir ki, masanın üzərinə çəkilmiş xəyali xəritələrin heç bir əhəmiyyəti yoxdur
Menyu