http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Baş prokuror Türkiyədə işgüzar səfərdəfir - YENİLƏNİB

03 May 2023 , 17:57
Baş prokuror Türkiyədə işgüzar səfərdəfir - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq Azərbaycan Respublikasının prokurorluq orqanları xarici ölkələrin prokurorluq orqanları və nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan və 170-dən çox dövlətin üzvü olduğu Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) ilə səmərəli qarşılıqlı əməkdaşlığını davam etdirir.

Baş Prokurorluqdan "Operativ Media"ya verilən məlumata görə, Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının 1-ci Pan-Avropa Regional konfransında iştirak etmək məqsədilə İstanbul şəhərinə işgüzar səfərə gedib.

Ümumilikdə 32 dövlətin baş prokurorunun və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdiyi konfransı açıq elan edən Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahin qonaqları salamlayaraq, konfransın işinə uğurlar arzu edib.

Bekir Şahin Assosiasiyanın 1-ci Pan-Avropa Konfransına hazırlıq çərçivəsində Azərbaycanın Baş Prokurorluğu tərəfindən göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Azərbaycanın Baş prokuroru, Assosiasiyanın vitse-prezidenti Kamran Əliyev tədbir iştirakçılarını salamlayaraq, qeyd olunan konfransın qardaş ölkədə və Türkiyənin yaranmasının 100 illik yubileyi ilində keçirilməsindən məmnunluq hiss etdiyini, tarixən xalqlarımız arasında qardaşlıq əlaqələrinin olmasını və bu əlaqələrin Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin "bir millət, iki dövlət” və Prezident İlham Əliyevin "bir yumruq" kəlamları ilə ifadə edildiyini, hər iki dövlətin prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın sarsılmaz səyləri, apardıqları uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə qalxmaqla dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını xüsusi vurğulayıb. 

Həmçinin ənənəvi olaraq Azərbaycan Baş Prokurorluğu ilə Beynəlxalq Prokurorlar Assosiasiyası arasında əməkdaşlığın uğurla davam etdirilməsini qeyd edən Baş prokuror, tədbirin dünya prokurorlarının peşəkar əlaqələrinin inkişaf etməsinə və cinayətkarlığın müasir təzahürləri ilə mübarizədə beynəlxalq təcrübənin formalaşmasına xidmət etdiyini bildirib. 

Konfransın “Rəqəmsallaşma dövründə iqtisadi cinayətlərlə mübarizə” mövzusuna həsr edilmiş plenar sessiyasına sədrlik edən Kamran Əliyev çıxışında tədbirin keçirilməsinin müasir dövrün tələbləri baxımından zəruriliyini qeyd edib. 

Plenar sessiyada Birləşmiş Krallıq, ABŞ, Almaniya və Avstriyadan olan nüfuzlu hüquqşünaslar təqdimatlar edərək cinayətkarların  kriptovalyutalardan və digər müasir alətlərdən istifadəsi, həmçinin törədilmiş cinayətlərin qarşısının alınması istiqamətində faydalı fikir mübadiləsi aparılıb. 

Həmçinin tədbirdə Baş prokurorun böyük köməkçisi İlqar Səfərov rəqəmsal sübutların toplanması zamanı baş verən qanunsuzluqlar və onların qarşısının alınması yolları barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Nümayəndə heyətinin səfəri davam edir.

 

***

11:16

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının 1-ci Pan-Avropa Regional konfransında iştirak etmək məqsədilə İstanbul şəhərinə işgüzar səfərə gedib.

Bu barədə "Operativ Media"ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, dünyanın müxtəlif dövlətlərinin baş prokurorlarının və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin qatıldığı tədbirdə rəqəmsallaşma dövründə səmərəli istintaqın aparılması və digər mövzular ətrafında müzakirələr aparılacaq.

OXŞAR XƏBƏRLƏR
DİN-də Anım Gününə həsr olunmuş tədbir keçirilib

DİN-də Anım Gününə həsr olunmuş tədbir keçirilib

Bakının üç rayonunda qaz kəsiləcək

Bakının üç rayonunda qaz kəsiləcək

ADY-nin kollektivi Zəfər parkını ziyarət edib

ADY-nin kollektivi Zəfər parkını ziyarət edib

XƏBƏR LENTİ
  • 01:45

    Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbok ilə görüşüb
    Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbok ilə görüşüb
  • Dünən
    23:15

    TBMM sədri: Netanyahu və dəstəsi bilməlidir ki, masanın üzərinə çəkilmiş xəyali xəritələrin heç bir əhəmiyyəti yoxdur
  • Dünən
    23:00

    İsrailin “Hizbullah”ın hərbi qərargahına hücumu nəticəsində 2 nəfər ölüb, 76 nəfər xəsarət alıb
  • Dünən
    22:24

    TBMM sədri Rusiyada regional mövzuları müzakirə edib
  • Dünən
    22:10

    Dağıstanda yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb - YENİLƏNİB
  • Dünən
    21:31

    Azərbaycan və BMT arasında əməkdaşlıq müzakirə edilib
    Azərbaycan və BMT arasında əməkdaşlıq müzakirə edilib
  • Dünən
    21:19

    Ceyhun Bayramov Malinin XİN rəhbəri ilə COP29-u müzakirə edib
  • Dünən
    21:07

    Ceyhun Bayramov səudiyyəli həmkarı ilə görüşüb
    Ceyhun Bayramov səudiyyəli həmkarı ilə görüşüb
Menyu