http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Azərbaycanda sahibkarların hüquqlarının müdafiəsi gücləndirilir

04 May 2023 , 12:25
Azərbaycanda sahibkarların hüquqlarının müdafiəsi gücləndirilir

Azərbaycanda sahibkarlara məxsus obyektlərdən birində yoxlama aparıldıqda, iş adamlarının fəaliyyəti bütövlükdə dayandırılmayacaq.

"Operativ Media" xəbər verir ki, bu, İqtisadiyyat Nazirliyinin hazırladığı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Amma bu, sənəddə sahibkarlığın hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı yeganə məqam deyil. Belə ki, layihədə "Risklərin idarə olunması" anlayışı, onun strukturu, eləcə də struktura daxil olan komponentlərin anlayışları verilir. Bu cür yanaşma risklərin idarə olunmasına aydınlıq, ardıcıllıq və şəffaflıq gətirəcək. Bu isə öz növbəsində, risklərin idarə olunması ilə bağlı proseslərdə müəyyənliyin və sahibkar üçün əlçatanlığın artmasına səbəb olacaq.

Bundan başqa, layihədə ilk də yoxlama prosedurunun iştirakçılarının hüquq və vəzifələri, yoxlayıcı qurumun etik davranış qaydaları və maraqların toqquşmasının qarşısının alınması və fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı müddəalar öz əksini tapıb. Həmin müddəalar yoxlayıcı orqanlara dair tələblər müəyyən edir ki, bu da son nəticədə onların məsuliyyətini artırmaqla yoxlama prosesinin şəffaflığının yüksəlməsinə xidmət edəcək.

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qüvvədə olan qanuna əsasən, dövlət orqanı ilə yanaşı publik hüquqi şəxslər də yoxlayıcı orqan hesab olunur. Hal-hazırda, publik hüquqi şəxslərin fəaliyyətinin qiymətləndirilməsi qanunvericiliklə tənzimlənmir. Yeni qanun layihəsi həmin yoxlayıcı qurumların müvafiq əməkdaşlarının fəaliyyətinin qiymətləndirilməsi məsələsində hüquqi boşluğu aradan qaldırır. Bu isə öz növbəsində, yoxlayıcı orqan səlahiyyəti verilmiş publik hüquqi şəxslərin əməkdaşlarının fəaliyyətinə nəzarəti təmin etməklə, onların məsuliyyətini artırır.

Layihənin bir maddəsi ilə təlim planlarına dair müfəssəl müddəalar əlavə edilir. Eyni zamanda, layihənin digər maddəsi ilə illik planların məzmunu və hazırlanma (yerləşdirmə) müddətləri göstərilir. Hər iki maddə yoxlayıcı orqanların fəaliyyətində şəffaflığın və məsuliyyətin artırılmasına gətirib çıxara bilər.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

AMB-nin bu günə olan valyuta məzənnələri

AMB-nin bu günə olan valyuta məzənnələri

Çin şirkətləri ilə bərpa olunan enerji sahəsində əməkdaşlıq müzakirə edilib

Çin şirkətləri ilə bərpa olunan enerji sahəsində əməkdaşlıq müzakirə edilib

XƏBƏR LENTİ
  • 21:07

    Ceyhun Bayramov səudiyyəli həmkarı ilə görüşüb
    Ceyhun Bayramov səudiyyəli həmkarı ilə görüşüb
  • 21:05

    Lavrov suriyalı həmkarı ilə görüşüb
  • 20:59

    Azərbaycan PL: "Araz-Naxçıvan" "Səbail"i məğlub etdi
  • 20:43

    Dağıstanda yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb - YENİLƏNİB
  • 20:10

    İsrail ordusu Livanın paytaxtı Beyruta aviazərbələr endirib - VİDEO
  • 19:50

    DİN-də Anım Gününə həsr olunmuş tədbir keçirilib
    DİN-də Anım Gününə həsr olunmuş tədbir keçirilib
  • 19:33

    Bakının üç rayonunda qaz kəsiləcək
  • 19:21

    ADY-nin kollektivi Zəfər parkını ziyarət edib
Menyu