http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Xələf Xələfov Sloveniyaya səfər edib

04 May 2023 , 15:47
Xələf Xələfov Sloveniyaya səfər edib

3 may tarixində xarici işlər nazirinin müavini Xələf Xələfovun Sloveniya Respublikasına işgüzar səfəri başlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan XİN-dən məlumat verilib.

Səfər çərçivəsində ilk öncə Azərbaycan Respublikası və Sloveniya Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi baş tutub. Məsləhətləşmələr zamanı Sloveniya tərəfini siyasi və çoxtərəfli məsələlər, iqtisadi diplomatiya və inkişaf sahəsində əməkdaşlıq üzrə dövlət katibi Samuel Jboqarın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Tərəflər hazırkı siyasi məsləhətləşmələrin Azərbaycan və Sloveniya arasında təmasların intensivləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb etdiyini qeyd edərək, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq əlaqələrin inkişaf etdirilməsi və bu əlaqələrin şaxələndirilməsi istiqamətində atıla biləcək addımları müzakirə ediblər.

İki ölkə arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi üçün birgə səylərin səfərbər edilməsinin vacibliyi vurğulanıb.

Məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri, ticarət-iqtisadi, humanitar, enerji və investisiya sahələrində əməkdaşlığın inkişafı, qarşılıqlı səfərlərin təşkili məsələləri müzakirə olunub. Siyasi dialoqun davamlı şəkildə aparılmasının vacibliyi vurğulanıb. Eyni zamanda tərəflər iki ölkə arasında beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsinin əhəmiyyətinə toxunublar. Hüquq-müqavilə bazasının genişləndirilməsi məsələsinə baxılıb.

Xələf Xələfov post-münaqişə mərhələsi və bölgədəki cari vəziyyət, işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi və doğurduğu fəsadlar, həyata keçirilən bərpa və quruculuq işləri, ərazilərin gələcək inkişafı planları barədə həmkarına məlumat verib.

Azərbaycan Mina Təmizləmə Agentliyi (ANAMA) ilə Sloveniya Respublikasının “İTF İnsan Təhlükəsizliyinin Artırılması” təşkilatı arasında mövcud uğurlu əməkdaşlıq əlaqələri və bu əlaqələrin daha da genişləndirilməsi perspektivlərinə toxunulub.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində nazir müavini X.Xələfovun həmçinin Sloveniya Respublikası Prezidentinin Xarici siyasət üzrə müşaviri Miriam Mojqan və Milli Təhlükəsizlik üzrə müşaviri Nataşa Dolents, Sloveniya Respublikasının Baş nazirinin Ofisinin Beynəlxalq məsələlər üzrə dövlət katibi Voyko Volk, Sloveniya Respublikasının Milli Assambleyasının vitse-prezidenti Daniyrl Krivets ilə ikitərəfli görüşləri keçirilib.

Keçirilmiş görüşlərdə Azərbaycan və Sloveniya arasında ənənəvi dostluq əlaqələrinin möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb, regional vəziyyət, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sloveniya tərəfi Azərbaycanın Cənubi Qafqaz regionunda sülh gündəliyinin reallaşması istiqamətində səyləri və addımları barədə ətraflı məlumatlandırılıb. İşğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri, əhalinin öz yurdlarına qayıtması istiqamətində icra olunan layihələr, Qarabağın erməni əhalisinin Azərbaycanın hüquqi, iqtisadi və sosial mühitinə reinteqrasiyası ilə bağlı atılan addımlar qarşı tərəfin diqqətinə çatdırılıb.

OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov İqlim Maliyyəsi mövzsunda dialoq tədbirində çıxış edib

Ceyhun Bayramov İqlim Maliyyəsi mövzsunda dialoq tədbirində çıxış edib

Hikmət Hacıyev: Ermənistanda Azərbaycana qarşı regionda sülhü təhdid edən revanşizmə əl atmayacağına zəmanət olmalıdır

Hikmət Hacıyev: Ermənistanda Azərbaycana qarşı regionda sülhü təhdid edən revanşizmə əl atmayacağına zəmanət olmalıdır

Nazirlərin oktyabr ayında keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb

Nazirlərin oktyabr ayında keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb

XƏBƏR LENTİ
  • 19:25

    Mahaçqalada yanacaqdoldurma məntəqəsində partlayış baş verib, ölənlər var - YENİLƏNİB
  • 19:21

    ADY-nin kollektivi Zəfər parkını ziyarət edib
  • 19:19

    Ceyhun Bayramov İqlim Maliyyəsi mövzsunda dialoq tədbirində çıxış edib
  • 19:15

    Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
    Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
  • 19:02

    Daşkəsənin hərbi komissarı barəsində həbs qətimkan tədbiri seçilib
  • 18:39

    Netanyahu BMT tribunasından Tehranı hədələyib
  • 18:34

    Hikmət Hacıyev: Ermənistanda Azərbaycana qarşı regionda sülhü təhdid edən revanşizmə əl atmayacağına zəmanət olmalıdır
    Hikmət Hacıyev: Ermənistanda Azərbaycana qarşı regionda sülhü təhdid edən revanşizmə əl atmayacağına zəmanət olmalıdır
  • 18:29

    Səfərbərlik Xidmətinin Şuşa şəhər şöbəsinin sabiq rəisi həbs olunub
    Səfərbərlik Xidmətinin Şuşa şəhər şöbəsinin sabiq rəisi həbs olunub
Menyu