http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

XİN Paşinyana cavab verib

04 May 2023 , 17:39
XİN Paşinyana cavab verib

Ermənistanın baş naziri Nikol Paşinyanın 4 may tarixində Çex Respublikasının baş naziri ilə birgə mətbuat konfransında çıxışı zamanı ölkəmizin Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsi təsis etməsi, habelə guya Azərbaycanın Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməsi, Qarabağ bölgəsində humanitar böhran yaratdığı ilə bağlı dəfələrlə səsləndirdiyi cəfəng iddiaları qətiyyətlə rədd edirik. 

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Azərbaycanın öz suveren ərazisində yaratdığı və erməni sakinlərin artıq şəffaf şəkildə hər iki istiqamətdə keçməyə başladığı “Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsini təsis etməsi məsələsinə hər hansı bir şərh qəbuledilməzdir. 

Ermənistan tərəfi Azərbaycanın daxili işlərinə qarışmağa və uzun illər ərzində Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasətə son qoymalıdır. 

“Etnik təmizləmə” barədə baş nazirin cəfəng fikirlərinə gəldikdə isə qeyd edək ki, tarix boyu azərbaycanlılara qarşı xüsusi qəddarlıqla kütləvi qırğınlar, deportasiyalar siyasətinin, əməllərinin etiraf edilməsi və üzrxahlıq dilənməsi əvəzinə, Azərbaycanı belə əməllərdə təqsirləndirmək tarixdən dərs çıxarmamağın göstəricisidir. 

Ermənistan tərəfinin sülh sazişi üzrə danışıqların davam etdiyi bir vaxtda bu kimi bəyanatlarla çıxış etməsi sülhə xidmət etmir.

OXŞAR XƏBƏRLƏR
Paşinyan: Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq

Paşinyan: Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq

Blinken: Sülh sazişi regiona sabitlik və rifah gətirəcək

Blinken: Sülh sazişi regiona sabitlik və rifah gətirəcək

Ərdoğan: Ermənistan Azərbaycanla sülh müqaviləsində Türkiyədən dəstək gözləyir

Ərdoğan: Ermənistan Azərbaycanla sülh müqaviləsində Türkiyədən dəstək gözləyir

XƏBƏR LENTİ
  • 01:42

    Paşinyan: Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq
    Paşinyan: Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq
  • 01:31

    AL: "Qarabağ" "Tottenhem"ə məğlub oldu
    AL: "Qarabağ" "Tottenhem"ə məğlub oldu
  • 00:00

    Azərbaycanda Anım Günüdür
    Azərbaycanda Anım Günüdür
  • Dünən
    23:30

    Blinken: Sülh sazişi regiona sabitlik və rifah gətirəcək
  • Dünən
    23:14

    Netanyahu: İsrail hədəflərinə çatana qədər Hizbullaha güclü hücum edəcək
  • Dünən
    22:46

    "Tottenhem" - "Qarabağ" matçının vaxtı dəyişdirildi
  • Dünən
    22:29

    Ərdoğan: Ermənistan Azərbaycanla sülh müqaviləsində Türkiyədən dəstək gözləyir
  • Dünən
    22:27

    "Tottenhem" - "Qarabağ" oyununun heyətləri bəlli oldu
Menyu