http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

İlham Əliyev və Mehriban Əliyeva Tuğ kəndində İnzibati Mərkəzin təməlinin qoyulması mərasimində iştirak ediblər

05 May 2023 , 17:19
İlham Əliyev və Mehriban Əliyeva Tuğ kəndində İnzibati Mərkəzin təməlinin qoyulması mərasimində iştirak ediblər

Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocavənd rayonunun Tuğ kəndində İnzibati Mərkəzin təməlinin qoyulması mərasimində iştirak ediblər.

"Operativ Media" xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlət başçısına və birinci xanıma ilkin mərhələdə Tuğ kəndinin ictimai-inzibati mərkəzində inşası planlaşdırılan binalar barədə məlumat verdi.

Bildirildi ki, kənddə 1,63 hektar sahəni əhatə edəcək inzibati zonada ikimərtəbəli inzibati bina, klub icma və mədəniyyət mərkəzləri, restoran tikiləcək. Burada tikiləcək və bərpa ediləcək binaların ümumi sahəsi 3200 kvadratmetr olacaq.

Ərazidə genişmiqyaslı abadlıq işlərinin görülməsi, yerüstü parkinq sahəsinin yaradılması nəzərdə tutulub. Bu ərazilərə bütün yol infrastrukturunun, kommunikasiya xətlərinin, o cümlədən işıq, rabitə və yüksəksürətli internetin çəkilməsi planlaşdırılır. İnzibati mərkəzdə tikinti-bərpa işlərinin gələn ilin martında başa çatdırılması nəzərdə tutulur.

Dövlət başçısı İnzibati Mərkəzin təməlini qoydu.

OXŞAR XƏBƏRLƏR
ADB Azərbaycanın 2024-2025-ci illər üçün iqtisadi artım proqnozunu yaxşılaşdırıb

ADB Azərbaycanın 2024-2025-ci illər üçün iqtisadi artım proqnozunu yaxşılaşdırıb

Azərbaycan və İran XİN rəhbərləri Bakı ilə İrəvan arasındakı sülh sazişini müzakirə ediblər

Azərbaycan və İran XİN rəhbərləri Bakı ilə İrəvan arasındakı sülh sazişini müzakirə ediblər

Ceyhun Bayramov yunanıstanlı həmkarı ilə görüşüb - YENİLƏNİB

Ceyhun Bayramov yunanıstanlı həmkarı ilə görüşüb - YENİLƏNİB

XƏBƏR LENTİ
  • 08:55

    Bakıda şüphəli şəxs polisə bıçaqla müqavimət göstərib, atəş açılıb
  • 08:23

    Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
  • 08:15

    Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ölkəmizdə səfərdədir
  • 07:38

    Ceyhun Bayramov Antiqua və Barbudanın xarici işlər naziri ilə görüşüb
  • 07:11

    Rəcəb Tayyib Ərdoğan Zelenski ilə görüşüb
  • 07:02

    Komitə Blinkeni Konqresə hörmətsizlikdə ittiham edən qətnaməni təsdiqləyib
  • 06:54

    Azərbaycan ağırlıqqaldıranları dünya birinciliyində çıxışlarını başa vurublar
  • 06:29

    Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri ilə görüşüb
Menyu