http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycanda ümumi daxili məhsulun nominal həcmi son 20 il ərzində 22 dəfə artıb - Natiq Əmirov

05 May 2023 , 18:28
Azərbaycanda ümumi daxili məhsulun nominal həcmi son 20 il ərzində 22 dəfə artıb - Natiq Əmirov

Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edən ölkədir.

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, son 20 il ərzində ölkənin ÜDM-nin nominal həcmi 22 dəfə artaraq 133,8 milyard manata çatması bunu təsdiqləyir.

"Bundan başqa, elə həmin dövrdə ölkəmizin əhalisinin gəlirləri 13,7 dəfə, strateji valyuta ehtiyatları isə 2023-cü ilin aprel ayında 2003-cü ilə nəzərən 41 dəfədən çox artıb (2003-cü ildəki 1,6 milyard dollardan 65,9 milyard dollara çatıb)",- o deyib.

 

N.Əmirov qeyd edib ki, Azərbaycanın bank sektoru da ildən ilə dinamik inkişaf nümayiş etdirir.

"Qeyd etmək istəyirəm ki, bu gün Azərbaycan banklarının aktivləri 44,8 milyard manatdır, biznes kreditlərinin payına 11 milyard manatdan çox düşür. Həmçinin vurğulamaq istəyirəm ki, ölkədə dollarlaşma əhəmiyyətli dərəcədə azalıb, xüsusən xarici valyutada kreditlərin sayı xeyli azalıb", - deyə o əlavə edib.

 

OXŞAR XƏBƏRLƏR
“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

Azərbaycan Ticarət Forumu keçiriləcək

Azərbaycan Ticarət Forumu keçiriləcək

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu