http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Beynəlxalq-Tibbi Sanitariya Qaydalarına əsasən Birgə Xarici Qiymətləndirmə həyata keçirilir

06 May 2023 , 12:30
Beynəlxalq-Tibbi Sanitariya Qaydalarına əsasən Birgə Xarici Qiymətləndirmə həyata keçirilir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisinin təşkilatçılığı ilə ABŞ, Filippin, Danimarka, İtaliya, Hollandiya və digər ölkələrdən gələn beynəlxalq ekspertlər tərəfindən Azərbaycanda Beynəlxalq-Tibbi Sanitariya Qaydalarına əsasən Birgə Xarici Qiymətləndirmə (BXQ) həyata keçirilir.

Dövlət Gömrük Komitəsindən (DGK) "Operativ Media"ya bildirilib ki, qiymətləndirmənin məqsədi ictimai səhiyyədə fövqəladə hallara qarşı hazırlıq səviyyəsinin müəyyən edilməsi və hədəflərin əlçatanlığının ölçülməsi, Beynəlxalq Tibbi-Sanitariya Qaydalarının (BTSQ) tətbiqində potensialın gücləndirilməsi prosesinə dəstək, BTSQ çərçivəsində milli planın hazırlanmasında beynəlxalq təcrübəyə əsaslanan tövsiyələr verməkdir.

Qiymətləndirmə zamanı DGK-nin, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yerləşən gömrük postunda beynəlxalq ekspertlər tərəfindən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi, gömrük postu və liman rəhbərliyi ilə birlikdə monitorinq aparılıb, postda həyata keçirilən əks-epidemik və ilk yardım tədbirləri barədə ekspertlərə ətraflı məlumat verilib.

Tədbir çərçivəsində Tibbi Xidmət İdarəsinin Sanitar Karantin Xidmətinin yaradılması, vəzifələri və fəaliyyəti, gördüyü işlər, gömrük sərhəd buraxılış məntəqələrində ictimai səhiyyə sahəsində baş verə biləcək hadisələrlə bağlı reallaşdırılan tədbirlər barədə iştirakçılar ətraflı məlumatlandırılıblar.

OXŞAR XƏBƏRLƏR
Sabunçu rayonunda qaz olmayacaq

Sabunçu rayonunda qaz olmayacaq

Azərbaycan müdafiə sənayesi naziri Türkiyənin milli müdafiə naziri ilə görüşüb

Azərbaycan müdafiə sənayesi naziri Türkiyənin milli müdafiə naziri ilə görüşüb

Sumqayıtda məktəblilərin zəhərlənməsi ilə bağlı yayılan iddialara cavab verilib

Sumqayıtda məktəblilərin zəhərlənməsi ilə bağlı yayılan iddialara cavab verilib

XƏBƏR LENTİ
  • 00:04

    Ərdoğan Paşinyanla görüşüb - YENİLƏNİB - VİDEO
    Ərdoğan Paşinyanla görüşüb - YENİLƏNİB - VİDEO
  • Dünən
    23:22

    Ceyhun Bayramov yunanıstanlı həmkarı ilə görüşüb - YENİLƏNİB
    Ceyhun Bayramov yunanıstanlı həmkarı ilə görüşüb - YENİLƏNİB
  • Dünən
    22:59

    Muxtar Babayev “Qlobal Bərpa Olunan Enerji Sammitin”də çıxış edib
  • Dünən
    22:44

    İcma Kamala Harrisin Amerikanın erməni icmasına ünvanlandığı müraciəti ilə bağlı bəyanat yayıb
  • Dünən
    22:33

    Rusiya hərbçiləri Donetsk vilayətinin Uqledar şəhərinə daxil olub
  • Dünən
    21:57

    Ərdoğan Miçotakislə görüşüb
  • Dünən
    21:20

    Azərbaycan və Ermənistan parlament sədrləri görüşəcək
  • Dünən
    21:05

    Rusiya müdafiə nazirinin keçmiş müavininin həbs müddəti uzadılıb
Menyu