http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Xüsusi Rabitə və İnformasiya Təhlükəsliyi Dövlət Xidmətində tədbir keçirilmişdir

07 May 2023 , 20:02
Xüsusi Rabitə və İnformasiya Təhlükəsliyi Dövlət Xidmətində tədbir keçirilmişdir

Cari ilin 6 may tarixində Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsliyi Dövlət Xidmətinin şəxsi heyəti Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət etmiş və əziz xatirəsini ehtiramla yad etmişlər.

Xidmətdən "Operativ Media"ya bildirilib ki, Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoyulmuş, çiçəklər düzülmüşdür.

Daha sonra Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsliyi Dövlət Xidmətində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbir dahi liderin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.

Tədbiri giriş sözü ilə açan Xüsusi Rabitə və İnformasiya Təhlükəsliyi Dövlət Xidmətinin rəisi general – leytenant İlqar Musayev ümümilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarması, müdrik və uzaqgörən siyasətçi kimi ölkəmizin təhlükəsizliyinə xüsusi diqqət yetirməsi haqqında məlumat vermişdir. O, qeyd etmişdir ki, ölkəmizdə rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsi daima Ulu Öndərin diqqət mərkəzində olmuş və yüksək nailiyyətlər əldə olunmuşdur. Ulu Öndərin istər sovet dövründə, istərsə də müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi illərdə, ömrünü öz xalqına həsr etdiyi və onun Azərbaycan xalqının qəlbində əbədi yaşayacağı xüsusi vurğulanmışdır. Çıxışının sonunda general-leytenant İlqar Musayev ölkə başçısı Ali Baş Komandan İlham Əliyevin Umummilli Liderin siyasətini uğurla davam etdirdiyini və apardığı müdrik siyasət nəticəsində 44 günlük Vətən müharibəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyduğunu, işğal altında olan torpaqlarımızın məhz onun rəhbərliyi altında azad edilməsini tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Tədbir iştirakçılarına müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin həyat və yaradıcılığına həsr edilmiş film nümayiş etdirilmişdir.

Sonda, Xidmət rəisi İlqar Musayev Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2023-cü ilin Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan edildiyini və bu münasibətlə Xidmətdə il ərzində bir sıra silsilə tədbirlərin həyata keçiriləcəyini qeyd etmişdir.

OXŞAR XƏBƏRLƏR
Muxtar Babayev “Qlobal Bərpa Olunan Enerji Sammitin”də çıxış edib

Muxtar Babayev “Qlobal Bərpa Olunan Enerji Sammitin”də çıxış edib

İcma Kamala Harrisin Amerikanın erməni icmasına ünvanlandığı müraciəti ilə bağlı bəyanat yayıb

İcma Kamala Harrisin Amerikanın erməni icmasına ünvanlandığı müraciəti ilə bağlı bəyanat yayıb

Azərbaycan və Ermənistan parlament sədrləri görüşəcək

Azərbaycan və Ermənistan parlament sədrləri görüşəcək

XƏBƏR LENTİ
  • 00:04

    Ərdoğan Paşinyanla görüşüb - YENİLƏNİB - VİDEO
    Ərdoğan Paşinyanla görüşüb - YENİLƏNİB - VİDEO
  • Dünən
    23:22

    Ceyhun Bayramov yunanıstanlı həmkarı ilə görüşüb - YENİLƏNİB
    Ceyhun Bayramov yunanıstanlı həmkarı ilə görüşüb - YENİLƏNİB
  • Dünən
    22:59

    Muxtar Babayev “Qlobal Bərpa Olunan Enerji Sammitin”də çıxış edib
  • Dünən
    22:44

    İcma Kamala Harrisin Amerikanın erməni icmasına ünvanlandığı müraciəti ilə bağlı bəyanat yayıb
  • Dünən
    22:33

    Rusiya hərbçiləri Donetsk vilayətinin Uqledar şəhərinə daxil olub
  • Dünən
    21:57

    Ərdoğan Miçotakislə görüşüb
  • Dünən
    21:20

    Azərbaycan və Ermənistan parlament sədrləri görüşəcək
  • Dünən
    21:05

    Rusiya müdafiə nazirinin keçmiş müavininin həbs müddəti uzadılıb
Menyu