http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Gəncədə psixotrop maddə, odlu silah saxlayan, soyğunçuluq və oğurluq edən şəxslər saxlanılıb

08 May 2023 , 12:11
Gəncədə psixotrop maddə, odlu silah saxlayan, soyğunçuluq və oğurluq edən şəxslər saxlanılıb

Gəncə Şəhər Baş Polis İdarəsi (ŞBPİ) və onun tabeli qurumlarının əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq psixotrop maddə, odlu silah əldə edib saxlamaqda habelə mağaza və evlərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Baş İdarənin Cinayət-Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq psixotrop maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini İlqar Ələkbərov saxlanılıb. Şübhəli şəxsin üzərinə baxış keçirilən zaman ümumulikdə 27 ədəd narkotik tərkibli güclü təsir edici həblər aşkar edilərk götürülüb.

Baş İdarənin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-tədbirləri nəticəsində isə qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən Elçin Əliyev saxlanılıb. Şəhər ərazisində saxlanılaraq Baş Polis İdarəsinə gətirilən E. Əliyevin üzərinə baxış keçirilən zaman əlindəki sellofan torbadan 2 ədəd lüləsi və qundağı kəsilmiş müxtəlif markalı ov tüfəngi həmçinin 2 ədəd patron aşkar olunaraq götürülüb.

Gəncə ŞBPİ-nin Cinayət Axtarışı İdarəsinin və 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qadına qarşı zor tətbiq etməklə mobil telefonunu oğurlayaraq soyğunçuluq etməkdə şübhəli bilinən Vədat Sadıqov saxlanılaraq istintaqa təhvil verilib.

Baş İdarərnin Cinayət-Axtarışı İdarəsinin və 4-cü Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri müvafiq tədbirlər nəticəsində şəhər ərazisindəki fərdi yaşayış evlərindən ümumi dəyəri 10.000 manatdan çox olan tikinti və məişət əşyalarını oğurlayan şəxslərin Emin Rzayev və Ruslan Məmmədov olmaları müəyyən olunub. Hər iki şəxs maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib.

3-cü Polis Bölməsinin əməkdaşlar

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Bütün sosial ödənişlər sabah yekunlaşacaq

Bütün sosial ödənişlər sabah yekunlaşacaq

Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI

Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI

Güclü küləklə bağlı sarı xəbərdarlıq edilib

Güclü küləklə bağlı sarı xəbərdarlıq edilib

XƏBƏR LENTİ
  • 13:09

    Bütün sosial ödənişlər sabah yekunlaşacaq
    Bütün sosial ödənişlər sabah yekunlaşacaq
  • 13:06

    Rusiya Xarici işlər nazirinin müavini Boqdanov Bakıya gəlib
  • 13:01

    Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
  • 12:55

    Müdafiə Nazirliyinin rəhbərliyi “ADEX” Beynəlxalq Müdafiə Sərgisinin açılış mərasimində iştirak edib
  • 12:51

    Güclü küləklə bağlı sarı xəbərdarlıq edilib
  • 12:40

    Məhkəmə valyuta tənzimi qaydalarını pozan şirkəti cərimələyib
  • 12:30

    "Qarabağ"ın oyunu fransızlara tapşırıldı
  • 12:15

    Çinin nəqliyyat naziri COP29-a dəvət olunub
Menyu