http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

XİN Ceyhun Bayramovun Qabrielius Landsberqis ilə görüşünə dair məlumat yayıb

08 May 2023 , 12:47
XİN  Ceyhun Bayramovun Qabrielius Landsberqis ilə görüşünə dair məlumat yayıb

8 may 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Litvaya rəsmi səfəri çərçivəsində Litva Respublikasının xarici işlər naziri Qabrielius Landsberqis ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, nazir Ceyhun Bayramov və nazir Qabrielius Landsberqis arasında təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.

Geniştərkibli görüşdə iki ölkə arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, o cümlədən regionda baş verən hadisələr müzakirə olunub.

Nazir Ceyhun Bayramov Litvaya rəsmi səfəri çərçivəsində keçiriləcək İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasının iki ölkə arasında iqtisadi, ticarət, investisiyalar, energetika, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, təhsil və s. sahələr üzrə mövcud münasibətlərin inkişafına töhvə verəcəyinə əminliyini ifadə edib. Azərbaycan və Litva arasında mövcud müqavilə-hüquq bazasının genişləndirilməsinin də vacibliyi qeyd olunub.

18 iyul 2022-ci il tarixində Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində geniş imkanlar yaratdığını bildirən nazir Ceyhun Bayramov, yaşıl enerji sahəsinin də Azərbaycan və Litva arasında əməkdaşlığın inkişaf etdirilə biləcəyi sahələrdən biri olduğunu diqqətə çatdırıb.

44 günlük Vətən müharibəsindən sonra bölgədəki vəziyyət, Azərbaycanın bərpa-quruculuq, sülh səyləri, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə danışan nazir, mövcud çağırışlara və çətinliklərə baxmayaraq, Azərbaycanın sülh müqaviləsinin imzalanması istiqamətində səylərini davam etdirməkdə qərarlı olduğunu diqqətə çatdırıb. Regionda yaranmış yeni reallıqların əməkdaşlıq üçün imkanlar yaratdığını bildirən nazir Ceyhun Bayramov, Azərbaycan tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan, müasir şəhərsalma üsulları, o cümlədən “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarına əsaslanan bərpa və yenidənqurma işlərində əməkdaşlıq üçün geniş potensial olduğunu qeyd edib. Bununla yanaşı, Ermənistanın bölgədə yaratdığı mina təhdidləri barədə qarşı tərəfə ətraflı məlumat verilib, bu problemin aradan qaldırılması istiqamətində səylərin artırılmasının vacibliyi vurğulanıb.

Nazir Qabrielius Landsberqis, iki ölkə arasında münasibətlərin inkişafının, artan təmasların və qarşılıqlı səfərlərin təqdirəlayiq olduğunu qeyd edərək, keçiriləcək Hökumətlərarası Komissiyanın iclasının bu dinamikaya müsbət töhfə verəcəyini qeyd edib. Azərbaycan və Ermənistan arasında normallaşma gündəliyinin alternativinin olmadığını ifadə edən nazir Qabrielius Landsberqis, Litva Respublikasının bölgədə sülh və quruculuq səylərini dəstəklədiyini söyləyib.

Daha sonra keçirilmiş mətbuat brifinqində nazirlər görüşün nəticələrinə dair bəyanatlarla çıxış ediblər.

OXŞAR XƏBƏRLƏR
Borrell BMT Baş Assambleyası çərçivəsində İran prezidenti ilə görüşməyə hazır olduğunu bildirib

Borrell BMT Baş Assambleyası çərçivəsində İran prezidenti ilə görüşməyə hazır olduğunu bildirib

Mirzoyan: Ermənistan Azərbaycanla ən qısa zamanda sülh sazişi imzalamağa hazırdır

Mirzoyan: Ermənistan Azərbaycanla ən qısa zamanda sülh sazişi imzalamağa hazırdır

Daşkənddə Özbəkistan-Azərbaycan Media Forumu keçirilir

Daşkənddə Özbəkistan-Azərbaycan Media Forumu keçirilir

XƏBƏR LENTİ
  • 13:09

    Bütün sosial ödənişlər sabah yekunlaşacaq
    Bütün sosial ödənişlər sabah yekunlaşacaq
  • 13:06

    Rusiya Xarici işlər nazirinin müavini Boqdanov Bakıya gəlib
  • 13:01

    Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
  • 12:55

    Müdafiə Nazirliyinin rəhbərliyi “ADEX” Beynəlxalq Müdafiə Sərgisinin açılış mərasimində iştirak edib
  • 12:51

    Güclü küləklə bağlı sarı xəbərdarlıq edilib
  • 12:40

    Məhkəmə valyuta tənzimi qaydalarını pozan şirkəti cərimələyib
  • 12:30

    "Qarabağ"ın oyunu fransızlara tapşırıldı
  • 12:15

    Çinin nəqliyyat naziri COP29-a dəvət olunub
Menyu