http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Hərbi hissələrdə komanda-qərargah təlimləri keçirilib

08 May 2023 , 13:11
Hərbi hissələrdə komanda-qərargah təlimləri keçirilib

2023-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun hərbi hissələrində komanda-qərargah təlimləri keçirilib.

"Operativ Media" xəbər verir ki, təlimlərdə tapşırıqların icrası ilə bağlı fəaliyyətlər xəritə üzərində dəqiqləşdirilib, bölmələrin qarşılıqlı fəaliyyəti və qərargahların vahid idarəetmə orqanı kimi uzlaşması yoxlanılıb. Həmçinin qəbul edilmiş qərarlara dair tapşırıqlar kompüter üzərində icra edilərək qiymətləndirilib, komandirlər tərəfindən qərarların məruzələri dinlənilib.

Komanda-qərargah təlimlərinin keçirilməsində əsas diqqət bölmələrin müxtəlif döyüşə hazırolma vəziyyətlərinə gətirilməsi zamanı komandirlərin idarəetmə qabiliyyətinin və çevik qərar qəbuletmə bacarıqlarının artırılmasına, eləcə də qərargahların fəaliyyətinin və bölmələr arasında qarşılıqlı əlaqənin daha da təkmilləşdirilməsinə yönəldilib.

Təlimlərdə qarşıya qoyulan tapşırıqlar hərbi qulluqçular tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.
 

OXŞAR XƏBƏRLƏR
İtaliyanın müdafiə naziri ölkəmizə səfər edib

İtaliyanın müdafiə naziri ölkəmizə səfər edib

Türkiyənin hərbi rəhbərliyi Bakıya səfər edib

Türkiyənin hərbi rəhbərliyi Bakıya səfər edib

Qazaxıstanın müdafiə naziri ölkəmizdə səfərdədir

Qazaxıstanın müdafiə naziri ölkəmizdə səfərdədir

XƏBƏR LENTİ
  • 11:14

    Mirzoyan: Ermənistan Azərbaycanla ən qısa zamanda sülh sazişi imzalamağa hazırdır
  • 11:02

    "Sabah" 250-ə çatdı
  • 10:52

    Ötən ay 191 176 nəfərə pensiya və müavinət ödənilib
  • 10:51

    Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
  • 10:35

    "Tottenhem" - "Qarabağ" matçının 9 illikləri
  • 10:34

    Azərbaycan Hava Yolları Tel-Əvivə uçuşları dayandırıb - YENİLƏNİB - RƏSMİ
    Azərbaycan Hava Yolları Tel-Əvivə uçuşları dayandırıb - YENİLƏNİB - RƏSMİ
  • 10:31

    Məhkəmə "Sumqayıt-4" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini cəzalandırıb
  • 10:16

    Bakıda polisin “saxla” əmrinə tabe olmayıb qaçan şübhəlilər saxlanılıb
Menyu