http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

II Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardımın ödənişi başa çatıb

08 May 2023 , 14:42
II Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardımın ödənişi başa çatıb

Prezident İlham Əliyevin 26 aprel 2023-cü il tarixli Sərəncamının icrası olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1941–1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına və Sərəncamda nəzərdə tutulan digər şəxslərə birdəfəlik maddi yardımın ödənişi başa çatıb.

"Operativ Media" xəbər verir ki, bu barədə ƏƏSMN məlumat yayıb.

İkinci Dünya müharibəsində Qələbənin 78-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçısı olmuş 51 nəfərin hər birinə 1500 manat, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslər, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarından ibarət 3487 nəfərin hər birinə isə 750 manat məbləğində birdəfəlik yardım verilib.

Bununla da ödənişlər ümumilikdə 3538 şəxsi əhatə edib. Birdəfəlik ödəmə onların bank hesablarına köçürülüb. Birdəfəlik maddi yardımların verilməsi üçün dövlət başçısının Sərəncamı ilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 2,9 milyon manat vəsait ayrılıb.

OXŞAR XƏBƏRLƏR
Ötən ay 191 176 nəfərə pensiya və müavinət ödənilib

Ötən ay 191 176 nəfərə pensiya və müavinət ödənilib

Bu ilin 8 ayında əlilliyi olan şəxslərə 71 min reabilitasiya vasitəsi verilib

Bu ilin 8 ayında əlilliyi olan şəxslərə 71 min reabilitasiya vasitəsi verilib

Milli Məclisin İntizam komissiyası formalaşdırılıb

Milli Məclisin İntizam komissiyası formalaşdırılıb

XƏBƏR LENTİ
  • 11:14

    Mirzoyan: Ermənistan Azərbaycanla ən qısa zamanda sülh sazişi imzalamağa hazırdır
  • 11:02

    "Sabah" 250-ə çatdı
  • 10:52

    Ötən ay 191 176 nəfərə pensiya və müavinət ödənilib
  • 10:51

    Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
  • 10:35

    "Tottenhem" - "Qarabağ" matçının 9 illikləri
  • 10:34

    Azərbaycan Hava Yolları Tel-Əvivə uçuşları dayandırıb - YENİLƏNİB - RƏSMİ
    Azərbaycan Hava Yolları Tel-Əvivə uçuşları dayandırıb - YENİLƏNİB - RƏSMİ
  • 10:31

    Məhkəmə "Sumqayıt-4" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini cəzalandırıb
  • 10:16

    Bakıda polisin “saxla” əmrinə tabe olmayıb qaçan şübhəlilər saxlanılıb
Menyu