http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Yevlaxda qanunsuz tikinti-quraşdırma işlərinin qarşısı alınıb

08 May 2023 , 16:33
Yevlaxda qanunsuz tikinti-quraşdırma işlərinin qarşısı alınıb

Yevlaxda qanunsuz tikinti-quraşdırma işlərinin qarşısı alınıb.

"Operativ Media" xəbər verir ki, qanunsuz tikinti-quraşdırma işləri Yevlax rayonu Nərimanabad kəndi ərazisində Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun kənarında yerləşən mövcud yanacaqdoldurma məntəqəsinin yaxınlığında aşkarlanıb.

Belə ki, aşkarlanan qanunsuz tikinti-quraşdırma işləri ilə bağlı Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə dərhal araşdırma aparılıb və sözügedən ərazidə Nazim İslam oğlu Əhmədov tərəfindən şəhərsalma və tikinti qanunvericiliyinəriayət edilmədən, zəruri razılaşdırılma və icazə prosedurları həyata keçirilmədən, o cümlədən Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənən “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın tələblərinəuyğun olaraq yanacaqdoldurma məntəqələrindən zəruri ara məsafəsi saxlanılmadan özbaşına tikinti-quraşdırma işlərinə başlanılması müəyyən edilib.

Bununla bağlı İcra Hakimiyyəti Komitə ilə birgə ərazidə aparılan tikinti-quraşdırma işlərinin dayandırılması və qanunsuz tikilinin sökülməsi təmin edilib.

OXŞAR XƏBƏRLƏR
Şamaxıda cibgirlik edən şəxslər saxlanılıblar

Şamaxıda cibgirlik edən şəxslər saxlanılıblar

Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

XƏBƏR LENTİ
  • 09:20

    Şamaxıda cibgirlik edən şəxslər saxlanılıblar
  • 09:17

    Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb
  • 09:15

    AMB-nin bu günə olan valyuta məzənnələri
  • 09:12

    Azərbaycan nefti cüzi ucuzlaşıb
  • 09:11

    Azərbaycanla Çin arasında dəmiryolunda əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
  • 09:09

    "Barselona"nın qapıçısı əməliyyat olundu
  • 09:08

    Bakıda bu yollarda sıxlıq var - SİYAHI
  • 01:11

    Türkiyənin hərbi rəhbərliyi Bakıya səfər edib
    Türkiyənin hərbi rəhbərliyi Bakıya səfər edib
Menyu