http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Tarixi Şuşa – Tarixi dəyişən Şuşa

08 May 2023 , 16:56
Tarixi Şuşa – Tarixi dəyişən Şuşa

Şuşa tarixi ərzində 3 dəfə yandırılıb – 1905, 1920 və 1992.  

18-ci əsrdə əsası qoyulan bir şəhərin 20-ci əsrdə bu cür rəftara məruz qalması tarixi faktdır. Azərbaycan üçün pis tarixi faktdır. Pis tarixi hadisələri əlamətdar tarixə çevirmək üçün isə xalq və xalqın seçdiyi şəxslər vacibdir.

Azərbaycan tarixi necə yazdı?

1905-ci ildə Şuşa yandırılanda Azərbaycan Çar Rusiyası tərkibində idi. Müstəqilliyimiz yox idi. 1920-ci ildə Şuşa yandırlanda isə 1918-ci ildə qazandığımız müstəqilliyimizi əlimizdən almışdılar. 1992-ci ildə Şuşa yananda isə müstəqil idik. Amma hadisələrə müdaxilə edə biləcək şəxslər yox idi. Tarixi dəyişən şəxslər önə çıxıb xalqla birləşmədi. Ona görə də Şuşa ilə bərabər biz də yandıq. Külümüzün yenidən Şuşaya çevrilməsi üçün 28 il lazım idi.

8 may 1992-ci il – 8 noyabr 2020-ci il.

Tarixləri əhəmiyyətli edən, həmin tarixlərə təsiretmə imkanları ilə bağlıdır. Bu həm də, imkanları yaradan və bu imkanları reallığa çevirən şəxslərlə bağlı olur. 8 may 1992-ci ildə Şuşa Ermənistan ordusu və onlara havadarlıq edən qüvvələr tərəfindən işğal olunanda imkanlarımız da yox idi, əlverişli imkanları yaradacaq şəxslər də... 1994-cü il atəşkəsdən sonra imkan yarandı ki, Azərbaycan ordu quruculuğu işini həyata keçirsin. Güclü ordu üçün də dayanıqlı iqtisadi gücə sahib olsun. Heydər Əliyev sadaladığım bu imkanlardan dövlətin mənafeyi üçün istifadə etdi. İşlər sonra yüksək səviyyəyə çatdı, məntiqli nəticə, son zərbə üçün zəmin və vaxt yetişdi. Həmin zərbəni əvvəldə dediyim xalq və xalqın, dövlətin rəhbəri İlham Əliyev Dəmir Yumruq halında birləşərək endirdi.

Bununla da Azərbaycan tarix yazdı. Tarixdə məğlubiyyət 8 rəqəmi, qalibiyyət 8-i oldu.

Şuşa, sən azadsan!

Samir Cabbarov | Operativ Media.

OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesini müzakirə edib

Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesini müzakirə edib

Ceyhun Bayramov Keniyanın Baş naziri ilə görüşüb

Ceyhun Bayramov Keniyanın Baş naziri ilə görüşüb

Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edib

Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edib

XƏBƏR LENTİ
  • 09:12

    Azərbaycan nefti cüzi ucuzlaşıb
  • 09:11

    Azərbaycanla Çin arasında dəmiryolunda əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
  • 09:09

    "Barselona"nın qapıçısı əməliyyat olundu
  • 09:08

    Bakıda bu yollarda sıxlıq var - SİYAHI
  • 01:11

    Türkiyənin hərbi rəhbərliyi Bakıya səfər edib
    Türkiyənin hərbi rəhbərliyi Bakıya səfər edib
  • Dünən
    23:39

    Şəmkirdə 28 yaşlı qadını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
  • Dünən
    23:26

    Hava şəraiti ilə əlaqədar bəzi zolaqlar üzrə sürət həddi endirilib
  • Dünən
    23:13

    Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesini müzakirə edib
    Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesini müzakirə edib
Menyu