http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Bayden Suriyaya qarşı sanksiyaların müddətini uzadıb

09 May 2023 , 09:05
Bayden Suriyaya qarşı sanksiyaların müddətini uzadıb

ABŞ Prezidenti Co Bayden Suriyaya qarşı birtərəfli sanksiyaları daha bir il uzatmaq qərarına gəlib.

"Operativ Media" xəbər verir ki, bu barədə Ağ Ev tərəfindən dərc edilən bildirişdə deyilir.

Söhbət 2004-2012-ci illər ərzində Vaşinqtonun Dəməşqə qarşı ardıcıl olaraq tətbiq etdiyi müxtəlif məhdudlaşdırıcı tədbirlərin qüvvədə saxlanılmasından gedir. Bu məhdudiyyətlər, xüsusilə, ABŞ-ın yurisdiksiyasında olan bəzi fiziki və hüquqi şəxslərin aktivlərinin bloklanmasını, həmçinin Amerika mallarının və xidmətlərinin müəyyən kateqoriyalarının Suriyaya ixracına qadağa qoyulmasını nəzərdə tutur.

Sənəddə qeyd edilir ki, Suriya rejiminin hərəkətləri “ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün” təhlükə yaradır. Bununla əlaqədar 2004-cü il mayın 11-də elan edilmiş fövqəladə vəziyyət və görülən tədbirlər “11 may 2023-cü ildən sonra da davam etdirilməlidir”.

"Ona görə də, Suriya hökumətinin hərəkətləri ilə əlaqədar elan edilmiş fövqəladə vəziyyətin müddətini bir il uzadıram", - deyə C.Bayden bildirib.

OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesini müzakirə edib

Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesini müzakirə edib

Ərdoğan Məsud Pezeşkianla görüşüb - YENİLƏNİB

Ərdoğan Məsud Pezeşkianla görüşüb - YENİLƏNİB

Rusiya XİN: Moskva nüvə tərksilahı prosesinin sürətləndirilməsinə qarşıdır

Rusiya XİN: Moskva nüvə tərksilahı prosesinin sürətləndirilməsinə qarşıdır

XƏBƏR LENTİ
  • 01:11

    Türkiyənin hərbi rəhbərliyi Bakıya səfər edib
    Türkiyənin hərbi rəhbərliyi Bakıya səfər edib
  • Dünən
    23:39

    Şəmkirdə 28 yaşlı qadını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
  • Dünən
    23:26

    Hava şəraiti ilə əlaqədar bəzi zolaqlar üzrə sürət həddi endirilib
  • Dünən
    23:13

    Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesini müzakirə edib
    Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesini müzakirə edib
  • Dünən
    23:11

    Ceyhun Bayramov Keniyanın Baş naziri ilə görüşüb
    Ceyhun Bayramov Keniyanın Baş naziri ilə görüşüb
  • Dünən
    23:05

    Ərdoğan Məsud Pezeşkianla görüşüb - YENİLƏNİB
  • Dünən
    23:00

    Rusiya XİN: Moskva nüvə tərksilahı prosesinin sürətləndirilməsinə qarşıdır
  • Dünən
    22:42

    Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edib
    Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edib
Menyu