http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Bakıda atıcılıq üzrə “Dünya Kuboku 2023” start götürüb

09 May 2023 , 14:22
Bakıda atıcılıq üzrə “Dünya Kuboku 2023” start götürüb

Bakı Atıcılıq Mərkəzində “Dünya Kuboku 2023” yarışlarının açılışı keçirilib. Yarışlara dünyanın 66 ölkəsindən 623 idmançı qatılıb. İdmançılar 6 gün ərzində güllə atıcılığının 10 növündə qalibiyyət uğrunda mübarizə aparacaqlar.

"Operativ Media" xəbər verir ki, açılış mərasimində yarışların Azǝrbaycan xalqının Ümummilli Lideri Heydǝr Əliyevin 100 illiyinə təsadüf etdiyi vurğulanıb. Bildirilib ki, Azǝrbaycan gǝnclǝrinin sağlam hǝyat tǝrzi üçün idmanın inkişafına ǝhǝmiyyǝt verǝn vǝ idmançıları daim dǝstǝklǝyǝn Heydǝr Əliyevin müstǝqil Azǝrbaycanın beynǝlxalq idman arenasında tanınmasında əvəzsiz xidmətləri olub.

Gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək, ölkəmizdə üçüncü dəfə keçirilən dünya kuboku yarışlarının Azərbaycanda atıcılıq idman növünün inkişafında böyük rolu olduğunu, ilk olimpiya qızıl medalımızın məhz onun prezidentliyi vaxtında qazanıldığını bildirib. Bazir Beynəlxalq Atıcılıq İdman Federasiyasına təşkilati işlərdə dəstəyinə görə təşəkkür edib.

Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Zemfira Meftahəddinova bu yarışlara ölkəmizin də böyük heyətlə qatıldığını bildirərək, bütün idmançılara uğurlar arzulayıb.

Beynəlxalq Atıcılıq İdman Federasiyasının idarə heyətinin üzvü Hazem Hosni güllə atıcılığı üzrə “Paris 2024” Yay Olimpiya Oyunlarında tətbiq olunacaq yeni qaydaların bugündən etibarən qüvvəyə mindiyini elan edib və Beynəlxalq Federasiyanın prezidenti adından “Dünya Kuboku 2023” yarışlarını açıq elan edib.

Tədbir konsert və əyləncə proqramı ilə davam edib.

Yarışların ilk final oyunları mayın 10-dan başlayacaq.

OXŞAR XƏBƏRLƏR
"Barselona" Qavi ilə müqaviləni uzadacaq

"Barselona" Qavi ilə müqaviləni uzadacaq

"Mançester Siti"nin yarımmüdafiəçisi 6 aylıq sıradan çıxdı

"Mançester Siti"nin yarımmüdafiəçisi 6 aylıq sıradan çıxdı

Tahir Gözəl: "Tottenhem” təkcə matçın deyil, bütövlükdə Avropa Liqasının favoritlərindən sayılır

Tahir Gözəl: "Tottenhem” təkcə matçın deyil, bütövlükdə Avropa Liqasının favoritlərindən sayılır

XƏBƏR LENTİ
  • 01:11

    Türkiyənin hərbi rəhbərliyi Bakıya səfər edib
    Türkiyənin hərbi rəhbərliyi Bakıya səfər edib
  • Dünən
    23:39

    Şəmkirdə 28 yaşlı qadını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
  • Dünən
    23:26

    Hava şəraiti ilə əlaqədar bəzi zolaqlar üzrə sürət həddi endirilib
  • Dünən
    23:13

    Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesini müzakirə edib
    Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesini müzakirə edib
  • Dünən
    23:11

    Ceyhun Bayramov Keniyanın Baş naziri ilə görüşüb
    Ceyhun Bayramov Keniyanın Baş naziri ilə görüşüb
  • Dünən
    23:05

    Ərdoğan Məsud Pezeşkianla görüşüb - YENİLƏNİB
  • Dünən
    23:00

    Rusiya XİN: Moskva nüvə tərksilahı prosesinin sürətləndirilməsinə qarşıdır
  • Dünən
    22:42

    Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edib
    Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edib
Menyu