http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Azərbaycanda mayın 11-nə gözlənilən hava proqnozu açıqlanıb

10 May 2023 , 16:04
Azərbaycanda mayın 11-nə gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanda mayın 11-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək, axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 17-22° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 762 millimetr civə sütunundan 765 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 11-16°, gündüz 23-28° isti, dağlarda gecə 2-7°, gündüz 8-13° isti olacağı bildirilir.

Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə havanın arabir yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 24-29° isti olacağı ehtimal edilir.

Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10°, gündüz 10-15°, bəzi yerlərdə 18° isti olacağı ehtimalı var.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8°, gündüz 8-13° isti, bəzi yerlərdə15-20° isti olacağı proqnozlaşdırılır.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 21-26° isti olacağı bildirilir.

Mingəçevir şəhərində, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüzdən başlayaraq bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13°, gündüz 20-25° isti, dağlarda gecə 2-7°, gündüz 10-15° isti olacağı gözlənilir.

Şirvan şəhərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək, bəzi şərq rayonlarında arabir güclənəcək. Havanın temperaturu gecə 11-16°, gündüz 23-28° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Cəlilabad rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 20-25° isti, dağlarda gecə 9-12°, gündüz 15-20° isti olacağı ehtimal edilir.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda heyvan növlərinin sayımına başlanılıb

Azərbaycanda heyvan növlərinin sayımına başlanılıb

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinə başlanılıb

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinə başlanılıb

Bu gün Qarabağ Universitetində ilk dərs günüdür

Bu gün Qarabağ Universitetində ilk dərs günüdür

XƏBƏR LENTİ
  • 11:11

    Pərviz Şahbazov Almaniyaya səfər edib
  • 11:09

    İlham Əliyev Səudiyyə Ərəbistanının Kralına təbrik məktubu ünvanlayıb
  • 11:06

    Azərbaycanda heyvan növlərinin sayımına başlanılıb
  • 11:02

    VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir, Prezident İlham Əliyev iclasda iştirak edir
    VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir, Prezident İlham Əliyev iclasda iştirak edir
  • 10:54

    Livanda İsrail ordusunun hücumu nəticəsində bir mülki şəxs həlak olub
  • 10:49

    Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb, 2 pilot həlak olub
  • 10:45

    Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə iki medal qazandı
  • 10:36

    Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinə başlanılıb
Menyu