http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Ceyhun Bayramov XİN-in futbol komandasının üzvləri ilə görüşüb

10 May 2023 , 19:07
Ceyhun Bayramov XİN-in futbol komandasının üzvləri ilə görüşüb

10 may 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Azərbaycan Minifutbol Federasiyasının dəstəyi ilə keçirilmiş minifutbol turnirində “Ən yaxşı Fair Play komandası” mükafatına layiq görülmüş Xarici İşlər Nazirliyinin (XİN) futbol komandasının üzvləri ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, nazir Ceyhun Bayramov, 2022-ci ilin noyabr ayından 2023-cü ilin may ayınadək keçirilmiş, 52 dövlət qurumunun iştirak etdiyi minifutbol turnirində mükafata layiq görülməsi münasibətilə komanda üzvlərini təbrik edib, onlara fəaliyyətində uğurlar arzulayıb. 

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş, yüksək səviyyədə təşkil edilmiş və gərgin mübarizə şəraitində keçən turnirin qrup mərhələsində XİN-in komandasının keçirdiyi 12 oyundan 9-da qalib gələrək öz qrupunda ikinci ən yüksək nəticə göstərməsinin XİN kollektivi tərəfindən sevinclə qarşılandığı diqqətə çatdırılıb.

Kifayət qədər rəqabətli keçən oyunlarda etika və qarşılıqlı hörmət prinsipləri, turnirin qaydaları və tələbələrinə riayət olunmasında nümunəvi yanaşma sərgiləyən komandamızın turnirin “Ən yaxşı Fair Play komandası” mükafatına layiq görülməsinin təqdirəlayiq olduğu bildirilib.

Sözügedən turnirin sağlam və fiziki cəhətdən fəal həyat tərzinin təbliğini özündə əks etdirdiyini, o cümlədən dövlət qurumları əməkdaşları arasında münasibətlərin inkişafına töhfə verdiyini qeyd edən nazir Ceyhun Bayramov, bu xüsusda turnirin yüksək səviyyədə təşkilinə görə turnirin təşkilatçısı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə təşəkkür ifadə edib.

Daha sonra çıxış edən XİN-in futbol komandasının kapitanı olmuş xarici işlər nazirinin müavini Elnur Məmmədov keçirilmiş futbol oyunları barədə təəssüratlarını bölüşüb, bundan sonra da aktiv şəkildə yarışlarda uğur qazanılması istiqamətində səy göstəriləcəyini diqqətə çatdırıb.

OXŞAR XƏBƏRLƏR
"Barselona" qalib gəldi, Ter Ştegen zədələndi

"Barselona" qalib gəldi, Ter Ştegen zədələndi

Azərbaycan PL-də 7-ci tura yekun vurulub

Azərbaycan PL-də 7-ci tura yekun vurulub

Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi

Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi

XƏBƏR LENTİ
  • 08:39

    YAP-nin Milli Məclisin sədri postuna namizədi Sahibə Qafarova olub
  • 08:15

    Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
  • 08:12

    Çilidə 5,4 maqnitudalı zəlzələ olub
  • 07:27

    Tramp: Əgər seçkidə məğlub olsam, 2028-ci ildə yenidən namizəd olmayacağam
  • 07:14

    "Barselona" qalib gəldi, Ter Ştegen zədələndi
  • 06:33

    Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
    Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
  • 05:52

    Azərbaycan XİN: Kanadanın bölgəmizdə sülh və təhlükəsizliyin necə bərqərar olması barədə moizə oxumağa mənəvi haqqı yoxdur
    Azərbaycan XİN: Kanadanın bölgəmizdə sülh və təhlükəsizliyin necə bərqərar olması barədə moizə oxumağa mənəvi haqqı yoxdur
  • Dünən
    23:22

    Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb
Menyu