http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Bərdədə saxta əsginas dövriyyəsində şübhəli bilinən şəxslər polislər tərəfindən saxlanılıblar

11 May 2023 , 08:51
Bərdədə saxta əsginas dövriyyəsində şübhəli bilinən şəxslər polislər tərəfindən saxlanılıblar

Polis əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbirlər nəticəsində saxta əsginas dövriyyəsində şübhəli bilinən Ağdam rayon sakini Ağadadaş Ağayev Bərdə rayonu ərazisində saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Operativ Media"ya bildirilib ki, Onun üzərindən 13 ədəd, həmçinin ayrı-ayrı şəxslərə satdığı 4 ədəd 100 dollarlıq saxta əsginaslar aşkar edilib.

Araşdırmalarla onun həmyerlisi olan Rövşən adlı şəxsdən saxta əsginasların hər birini 75 manat pul müqabilində aldığı müəyyən edilib. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Rövşən İbrahimov da Bakı şəhəri ərazisində saxlanılaraq şöbəyə gətirilib. Üzərinə baxış zamanı ondan da 2 ədəd 100 dollarlıq saxta əsginas aşkar edilərək götürülüb. 

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, adıçəkilənlər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Həmin şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
YAP-nin Milli Məclisin sədri postuna namizədi Sahibə Qafarova olub

YAP-nin Milli Məclisin sədri postuna namizədi Sahibə Qafarova olub

Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb

Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb

Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır

Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır

XƏBƏR LENTİ
  • 08:39

    YAP-nin Milli Məclisin sədri postuna namizədi Sahibə Qafarova olub
  • 08:15

    Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
  • 08:12

    Çilidə 5,4 maqnitudalı zəlzələ olub
  • 07:27

    Tramp: Əgər seçkidə məğlub olsam, 2028-ci ildə yenidən namizəd olmayacağam
  • 07:14

    "Barselona" qalib gəldi, Ter Ştegen zədələndi
  • 06:33

    Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
    Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
  • 05:52

    Azərbaycan XİN: Kanadanın bölgəmizdə sülh və təhlükəsizliyin necə bərqərar olması barədə moizə oxumağa mənəvi haqqı yoxdur
    Azərbaycan XİN: Kanadanın bölgəmizdə sülh və təhlükəsizliyin necə bərqərar olması barədə moizə oxumağa mənəvi haqqı yoxdur
  • Dünən
    23:22

    Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb
Menyu