http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Azərbaycan Brüssel görüşünə razılıq verib

11 May 2023 , 13:15
Azərbaycan Brüssel görüşünə razılıq verib

Məlum olduğu kimi, ötən il Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında bir neçə görüş keçirilib. Dekabr ayında, məhz Ermənistan tərəfi Brüsseldə eyni formatlı görüşdə iştirakdan imtina edib, bununla da prosesə maneçilik törədilib. 

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Qeyd edək ki, Azərbaycan tərəfi, ötən il baş tutmamış və Aİ Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə may ayında yenidən bərpa olunması planlaşdırılan Brüssel görüşünə razılıq verib. 

Eyni zamanda, Kişinyovda Avropa Siyasi İcmasının növbəti iclası çərçivəsində Fransa Prezidenti və Almaniya Kanslerinin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirilməsi təklif olunub. Azərbaycan tərəfi öz növbəsində, Brüssel formatını əvəz etməmək və bu formatı dəyişdirməmək şərtilə Kişinyovda qeyri-formal görüşdə Azərbaycan tərəfinin iştirakının mümkün olduğunu bildirib. Bununla yanaşı, sözügedən görüşün təfərrüatları barədə müfəssəl məlumat verilmədiyi nəzərə alınaraq, Kişinyov görüşündə iştiraka dair yekun razılıq hələlik mövcud deyil.  

OXŞAR XƏBƏRLƏR
Tramp: Əgər seçkidə məğlub olsam, 2028-ci ildə yenidən namizəd olmayacağam

Tramp: Əgər seçkidə məğlub olsam, 2028-ci ildə yenidən namizəd olmayacağam

Azərbaycan XİN: Kanadanın bölgəmizdə sülh və təhlükəsizliyin necə bərqərar olması barədə moizə oxumağa mənəvi haqqı yoxdur

Azərbaycan XİN: Kanadanın bölgəmizdə sülh və təhlükəsizliyin necə bərqərar olması barədə moizə oxumağa mənəvi haqqı yoxdur

Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb

Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb

XƏBƏR LENTİ
  • 08:39

    YAP-nin Milli Məclisin sədri postuna namizədi Sahibə Qafarova olub
  • 08:15

    Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
  • 08:12

    Çilidə 5,4 maqnitudalı zəlzələ olub
  • 07:27

    Tramp: Əgər seçkidə məğlub olsam, 2028-ci ildə yenidən namizəd olmayacağam
  • 07:14

    "Barselona" qalib gəldi, Ter Ştegen zədələndi
  • 06:33

    Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
    Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
  • 05:52

    Azərbaycan XİN: Kanadanın bölgəmizdə sülh və təhlükəsizliyin necə bərqərar olması barədə moizə oxumağa mənəvi haqqı yoxdur
    Azərbaycan XİN: Kanadanın bölgəmizdə sülh və təhlükəsizliyin necə bərqərar olması barədə moizə oxumağa mənəvi haqqı yoxdur
  • Dünən
    23:22

    Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb
Menyu