http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Sadır Japarov Azərbaycan Prezidentinə təbrik məktubu göndərib

11 May 2023 , 17:19
Sadır Japarov Azərbaycan Prezidentinə təbrik məktubu göndərib

Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

"Operativ Media" xəbər verir ki, təbrik mətnində deyilir:

"Hörmətli İlham Heydər oğlu!

Azərbaycan xalqının Ümummilli Lideri, dünya miqyaslı görkəmli şəxsiyyət və türk dünyasının fəxri Heydər Əliyevin anadan olmasının
100 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin.

Dahi Heydər Əliyevin strateji düşüncə tərzi və uzaqgörənliyi müasir Azərbaycanın yaradılmasında və uğurlu inkişafında əsas amillər oldu. Onun genişmiqyaslı sosial-iqtisadi islahatları, infrastruktur layihələri və çox fəal xarici siyasəti Azərbaycana ölkənin hüdudlarından uzaqlarda da şöhrət qazandırdı.

Biz Sizin şəxsinizdə Heydər Əliyevin Azərbaycanın tarixi qələbəyə nail olduğu, regionda sabitləşdirici siyasi rol oynadığı və beynəlxalq iqtisadi münasibətlərdə nüfuzlu mövqelərə sahib olduğu siyasətinin uğurlu davamını görürük. Qürur hissi ilə qeyd edirəm ki, Qırğızıstanda Azərbaycanın böyük Liderinin adına olan məktəbin bizim tərəfimizdən birgə açılışı əlamətdar hadisədir, qırğız və Azərbaycan xalqlarının qardaşlığının rəmzidir.

Bu fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram".

OXŞAR XƏBƏRLƏR
Pərviz Şahbazov Almaniyaya səfər edib

Pərviz Şahbazov Almaniyaya səfər edib

İlham Əliyev Səudiyyə Ərəbistanının Kralına təbrik məktubu ünvanlayıb

İlham Əliyev Səudiyyə Ərəbistanının Kralına təbrik məktubu ünvanlayıb

İcma: Melani Jolinin Azərbaycana qarşı qərəz və böhtan dolu bəyanatını sərt şəkildə qınayırıq

İcma: Melani Jolinin Azərbaycana qarşı qərəz və böhtan dolu bəyanatını sərt şəkildə qınayırıq

XƏBƏR LENTİ
  • 11:11

    Pərviz Şahbazov Almaniyaya səfər edib
  • 11:09

    İlham Əliyev Səudiyyə Ərəbistanının Kralına təbrik məktubu ünvanlayıb
  • 11:06

    Azərbaycanda heyvan növlərinin sayımına başlanılıb
  • 11:02

    VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir, Prezident İlham Əliyev iclasda iştirak edir
    VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir, Prezident İlham Əliyev iclasda iştirak edir
  • 10:54

    Livanda İsrail ordusunun hücumu nəticəsində bir mülki şəxs həlak olub
  • 10:49

    Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb, 2 pilot həlak olub
  • 10:45

    Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə iki medal qazandı
  • 10:36

    Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinə başlanılıb
Menyu