http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Azərbaycan ordusunun hərbçisinin şəhid olması faktı ilə bağlı cinayət işi açılıb

11 May 2023 , 17:21
Azərbaycan ordusunun hərbçisinin şəhid olması faktı ilə bağlı cinayət işi açılıb

Ermənistanın növbəti təxribatları zamanı müxtəlif vaxtlarda düşmən tərəfdən odlu silahlardan açılmış atəş nəticəsində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Mahmudlu Müslüm Vidadi oğlunun yaralanması, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Novruzəlizadə Orxan Elxan oğlunun ölməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumatlar daxil olub.

Daxil olmuş məlumatlar əsasında Kəlbəcər hərbi prokurorluğunun işçiləri tərəfindən izahatlar alınıb, Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə müvafiq işlər görülüb və digər hərəkətlər icra edilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən "Operativ Media"ya bildirilib ki, faktlar üzrə Kəlbəcər hərbi prokurorluğunda cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) və digər maddələri ilə istintaq davam etdirilir. Qanunvericiliyin və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

OXŞAR XƏBƏRLƏR
Pərviz Şahbazov Almaniyaya səfər edib

Pərviz Şahbazov Almaniyaya səfər edib

İlham Əliyev Səudiyyə Ərəbistanının Kralına təbrik məktubu ünvanlayıb

İlham Əliyev Səudiyyə Ərəbistanının Kralına təbrik məktubu ünvanlayıb

İcma: Melani Jolinin Azərbaycana qarşı qərəz və böhtan dolu bəyanatını sərt şəkildə qınayırıq

İcma: Melani Jolinin Azərbaycana qarşı qərəz və böhtan dolu bəyanatını sərt şəkildə qınayırıq

XƏBƏR LENTİ
  • 11:11

    Pərviz Şahbazov Almaniyaya səfər edib
  • 11:09

    İlham Əliyev Səudiyyə Ərəbistanının Kralına təbrik məktubu ünvanlayıb
  • 11:06

    Azərbaycanda heyvan növlərinin sayımına başlanılıb
  • 11:02

    VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir, Prezident İlham Əliyev iclasda iştirak edir
    VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir, Prezident İlham Əliyev iclasda iştirak edir
  • 10:54

    Livanda İsrail ordusunun hücumu nəticəsində bir mülki şəxs həlak olub
  • 10:49

    Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb, 2 pilot həlak olub
  • 10:45

    Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə iki medal qazandı
  • 10:36

    Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinə başlanılıb
Menyu