http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

XİN: Brüssel görüşünü faydalı və nəticə yönümlü hesab edirik

15 May 2023 , 11:30
371
XİN: Brüssel görüşünü faydalı və nəticə yönümlü hesab edirik

Avropa İttifaqı Şurasının Prezidentinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın Baş naziri arasında bu formatda 14 may tarixli sayca beşinci görüşü iki ölkə arasında normallaşma gündəliyinin irəlilədilməsi baxımından faydalı və nəticə yönümlü hesab edirik. 

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

İlk növbədə, müxtəlif müdaxilə və şərtləndirmə cəhdlərinə görə 9 aya yaxın müddətdə fasilə verilən “Brüssel formatı”nda görüşün yenidən keçirilməsi tərəflər arasında ən yüksək səviyyədə dialoqun təşviqi baxımından əhəmiyyət kəsb edir. 

Görüş zamanı, Azərbaycan və Ermənistan arasında ikitərəfli sülh sazişi layihəsinin razılaşdırılması, sərhədlərin delimitasiyası və kommunikasiyaların bərpası istiqamətləri üzrə konkret nəticələrin əldə edilməsi məqsədilə ətraflı fikir mübadiləsi aparılıb. 

Azərbaycan tərəfinin regionda sülh və sabitliyin təmin edilməsi ilə bağlı prinsipial mövqeyi bir daha tərəf-müqabillərin diqqətinə çatdırılıb. Xüsusilə, dövlətlərin ərazi bütövlüyünə hörmətin bir daha təsbit edilməsi, bu kontekstdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün Ermənistan tərəfindən də qəbul edilməsi müstəsna əhəmiyyət kəsb edir.

Görüş həmçinin münaqişədən sonrakı normallaşma baxımından vacib olan humanitar məsələlərin müzakirəsi üçün bir fürsət təşkil edib. Bu kontekstdə, xüsusilə itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi və minasızlaşdırma sahələrində addımlar atılmasının sürətləndirilməsinin vacibliyi bir daha vurğulanıb. 

Azərbaycan və Ermənistan arasında bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı tanınması və hörmət edilməsi əsasında münasibətlərin normallaşdırılmasının regionda davamlı sülh və sabitliyin təmini üçün yeganə yol olduğunu bəyan edirik.

Bu istiqamətdə münasibətlərin normallaşması üçün tərəqqi əldə edilməsinə dəstək verən səyləri alqışlayır, bu məqsədi güdən beynəlxalq tərəfdaşlarla dialoqu və qarşılıqlı fəaliyyəti davam etdirməyə hazır olduğumuzu bir daha təsdiq edirik.

 

OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edib

Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edib

İcma: Ermənistan hökumətindən revanşist təhlükəli yoldan əl çəkməyi tələb edirik

İcma: Ermənistan hökumətindən revanşist təhlükəli yoldan əl çəkməyi tələb edirik

Baş nazir Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb

Baş nazir Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb

XƏBƏR LENTİ
  • 20:54

    Rusiya saxlanılan rus və belarus vətəndaşları ilə bağlı Çad hakimiyyəti ilə əlaqə saxlayıb
  • 20:47

    Netanyahu Livan xalqına müraciət edib
  • 20:38

    Türkiyə parlamentinin sədri Putinlə görüşməyi planlaşdırır
  • 20:16

    Qazaxıstanın müdafiə naziri ölkəmizdə səfərdədir
    Qazaxıstanın müdafiə naziri ölkəmizdə səfərdədir
  • 20:08

    “Gənclik” parkında ağacəkmə aksiyası keçirilib
  • 19:58

    IDF: İsrail Müdafiə Qüvvələri Beyruta məqsədli zərbə endirib
  • 19:54

    Muxtar Babayev ABŞ Ticarət Palatasının təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak edib
  • 19:43

    Pezeşkian: Ukraynadakı münaqişəni Aİ və ABŞ ilə müzakirə etməyə hazırıq
Menyu