http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

"Araz-Naxçıvan" və "Zaqatala"ya Premyer Liqada iştirak üçün lisenziya verildi

15 May 2023 , 14:35
720
"Araz-Naxçıvan" və "Zaqatala"ya Premyer Liqada iştirak üçün lisenziya verildi

Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.

"Operativ Media" AFFA-ya istinadən xəbər verir ki, iclasda 2023/2024-cü illər mövsümündə UEFA-nın klub yarışlarında və Azərbaycan Premyer Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2022) 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:

1. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:

"Qarabağ" FK, “Sabah” FK, "Neftçi" PFK, “Zirə” PFK, "Qəbələ" İK

2. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:

“Turan Tovuz” PFK İB, “Səbail” PFK

3. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:

“Turan Tovuz” PFK İB, “Səbail” PFK, “Sumqayıt” FK, “Kəpəz” PFK İB, “Şamaxı” FK İB, "Araz-Naxçıvan" PFK, “Zaqatala” PFK

4. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:

“İmişli” PFK, “Mingəçevir” FK, MOİK PFK, “Qaradağ Lökbatan” FK

Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.

Qeyd: 1. “UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan futbol klublarının lisenziyalaşdırılması və maliyyə dayanıqlığı üzrə qaydalar” (Buraxılış 2022), 14-cü maddəsinə müvafiq olaraq, 2023/2024-cü illər mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunur.

OXŞAR XƏBƏRLƏR
"Barselona" Qavi ilə müqaviləni uzadacaq

"Barselona" Qavi ilə müqaviləni uzadacaq

"Mançester Siti"nin yarımmüdafiəçisi 6 aylıq sıradan çıxdı

"Mançester Siti"nin yarımmüdafiəçisi 6 aylıq sıradan çıxdı

Tahir Gözəl: "Tottenhem” təkcə matçın deyil, bütövlükdə Avropa Liqasının favoritlərindən sayılır

Tahir Gözəl: "Tottenhem” təkcə matçın deyil, bütövlükdə Avropa Liqasının favoritlərindən sayılır

XƏBƏR LENTİ
  • 20:54

    Rusiya saxlanılan rus və belarus vətəndaşları ilə bağlı Çad hakimiyyəti ilə əlaqə saxlayıb
  • 20:47

    Netanyahu Livan xalqına müraciət edib
  • 20:38

    Türkiyə parlamentinin sədri Putinlə görüşməyi planlaşdırır
  • 20:16

    Qazaxıstanın müdafiə naziri ölkəmizdə səfərdədir
    Qazaxıstanın müdafiə naziri ölkəmizdə səfərdədir
  • 20:08

    “Gənclik” parkında ağacəkmə aksiyası keçirilib
  • 19:58

    IDF: İsrail Müdafiə Qüvvələri Beyruta məqsədli zərbə endirib
  • 19:54

    Muxtar Babayev ABŞ Ticarət Palatasının təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak edib
  • 19:43

    Pezeşkian: Ukraynadakı münaqişəni Aİ və ABŞ ilə müzakirə etməyə hazırıq
Menyu