http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Konfrans Liqası: Azərbaycan klublarının potensial rəqibləri bilindi

16 May 2023 , 11:00
Konfrans Liqası: Azərbaycan klublarının potensial rəqibləri bilindi

Azərbaycan klublarının 2023/2024 mövsümündə UEFA Konfrans Liqasının II təsnifat mərhələsində yer alacaqları səbətlər müəyyənləşib.

"Operativ Media" xəbər verir ki, qitənin üçüncü dərəcəli klub turnirində Premyer Liqa təmsilçilərindən yalnız “Neftçi” püşkatma zamanı səpələnmişlərdə yer alacaq.

9.000 reytinq xalı olan çempionatın bürünc mükafatçısının səpələnməmişlərdəki 7 potensial rəqibi də bəllidir. “Sabah” və Azərbaycanı turnirdə təmsil edəcək digər komanda (“Qəbələ” və ya “Zirə”) səpələnməmişlərdə olacaq. Onların isə səpələnmişlərdəki 11 mümkün rəqibləri məlumdur. Avrokuboklarda debüt edəcək “Sabah” 3.325 xala malikdir.

Hələlik yalnız Yunanıstan klubu “Aris”in səbəti qeyri-müəyyəndir. Ümumilikdə II təsnifat mərhələsində 90 komandanın iştirakı ilə 45 cütlük formalaşacaq. Buna qədər isə I raundda 62 klub mübarizəyə qoşulacaq və cütlüklərin 31 qalibi turnirdə yoluna davam edəcək.

Qeyd edək ki, iyunun 20-də I təsnifat mərhələsinin, bir gün sonra isə II raundun püşkü atılacaq.

UEFA Konfrans Liqası

I təsnifat mərhələsi

Səpələnmişlər: “Düdelanj” (Lüksemburq), “Riqa” (Latviya), “Şkendiya” (Şimali Makedoniya), “Linfild” (Şimali İrlandiya), “Dunayska” (Slovakiya), “Dandolk” (İrlandiya), “Alaşkert” (Ermənistan), “Şkupi” (Şimali Makedoniya), “Riqa” (Latviya), “Tobol” (Qazaxıstan), “B36 Torshavn” (Farer adaları), “Qzira Yunayted” (Malta), “Levadiya” (Estoniya), “Konnas” (Uels), “HB Torshavn” (Farer adaları), “Europa” (Cəbəllütariq), “Santa-Koloma” (Andorra).

Səpələnməmişlər: “Panevezis” (Litva), “Honka” (Finlandiya), “Baltsan” (Malta), “Haka” (Finlandiya), “Dila” (Gürcüstan), “Birkirkara” (Malta), “Qlentoran” (Şimali İrlandiya), “Heqelmann” (Litva), “İsloç (Belarus), “Akureyri” (İslandiya), “Penibont” (Uels), “Xaverforduest Kaunti” (Uels), “Meqpays” (Cəbəllütariq).

Qeyri-müəyyənlər: “Proqres” (Lüksemburq), “Dinamo” (Batumi, Gürcüstan), “İnter Eskaldes” (Andorra), “Kruzaders” (Şimali İrlandiya), “Payde” (Estoniya), “Torpedo” (Kutaisi, Gürcüstan), “Vikinqur” (Reykyavik, İslandiya), “Sent-Patriks” (İrlandiya), “Vikinqur” (Farer adaları), “Derri Siti” (İrlandiya).

II təsnifat mərhələsi

Səpələnmişlər: “Brügge” (Belçika), “Makkabi (Təl-Əviv, İsrail), “Viktoriya” (Çexiya), “Budo-Qlimt” (Norveç), “Lex” (Polşa), “Hapoel” (Beer-Şeva, İsrail), “Yurqarden” (İsveç), “Legiya” (Polşa), “Rusenborq” (Norveç), “Spartak” (Trnava, Slovakiya), “KuPS” (Finlandiya), “Neftçi” (Azərbaycan).

Səpələnməmişlər: “Hammarbü” (İsveç), “Kauno” (Litva), “Poqon” (Polşa), “Zalaeqerseq” (Macarıstan), “Sabah” (Azərbaycan), “Ordabasi” (Qazaxıstan), “Aktobe” (Qazaxıstan), “Auda” (Latviya).

Qeyri-müəyyən: “Aris” (Yunanıstan

OXŞAR XƏBƏRLƏR
"Barselona" Qavi ilə müqaviləni uzadacaq

"Barselona" Qavi ilə müqaviləni uzadacaq

"Mançester Siti"nin yarımmüdafiəçisi 6 aylıq sıradan çıxdı

"Mançester Siti"nin yarımmüdafiəçisi 6 aylıq sıradan çıxdı

Tahir Gözəl: "Tottenhem” təkcə matçın deyil, bütövlükdə Avropa Liqasının favoritlərindən sayılır

Tahir Gözəl: "Tottenhem” təkcə matçın deyil, bütövlükdə Avropa Liqasının favoritlərindən sayılır

XƏBƏR LENTİ
  • 01:11

    Türkiyənin hərbi rəhbərliyi Bakıya səfər edib
    Türkiyənin hərbi rəhbərliyi Bakıya səfər edib
  • Dünən
    23:39

    Şəmkirdə 28 yaşlı qadını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
  • Dünən
    23:26

    Hava şəraiti ilə əlaqədar bəzi zolaqlar üzrə sürət həddi endirilib
  • Dünən
    23:13

    Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesini müzakirə edib
    Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesini müzakirə edib
  • Dünən
    23:11

    Ceyhun Bayramov Keniyanın Baş naziri ilə görüşüb
    Ceyhun Bayramov Keniyanın Baş naziri ilə görüşüb
  • Dünən
    23:05

    Ərdoğan Məsud Pezeşkianla görüşüb - YENİLƏNİB
  • Dünən
    23:00

    Rusiya XİN: Moskva nüvə tərksilahı prosesinin sürətləndirilməsinə qarşıdır
  • Dünən
    22:42

    Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edib
    Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edib
Menyu