http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Azərbaycan mədəniyyətinə aid nümunələr Meksikada nümayiş olunub

16 May 2023 , 21:51
Azərbaycan mədəniyyətinə aid nümunələr Meksikada nümayiş olunub

Meksikada fəaliyyət göstərən Diplomat Həyat yoldaşları Assosiasiyasının (ACD) təşkilatçılığı və paytaxtın mərkəzi Migel İdalqo munisipalitetinin dəstəyi ilə Mexiko şəhərində xeyriyyə məqsədli diplomatik yarmarka keçirilib.

"Operativ Media" xəbər verir ki, yarmarkada 40-dan çox ölkənin Meksikadakı diplomatik nümayəndəliyi milli mədəniyyətlərini, mətbəxini və musiqisini nümayiş etdirib. Bu məqsədlə hər bir ölkə üçün ayrılan masada milli suvenirlər, yeməklər və şirniyyatlar təqdim olunub.

Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı Səfirliyinin yarmarkadakı guşəsində “Made in Azerbaijan” brendi altında istehsal edilən məhsullar, Azərbaycanın mədəniyyətinə, adət-ənənələrinə dair müxtəlif suvenirlər, kiçik xalçalar, eləcə də ölkəmizə aid müxtəlif təbliğat materialları sərgilənib və paylanılıb. Azərbaycan guşəsini ziyarət edənlər, həmçinin milli mətbəximizin ləziz nümunələri ilə tanış olublar.

Səfirliyin guşəsi ictimaiyyətin geniş marağına səbəb olub.

Yarmarkadan əldə olunan vəsait təşkilat tərəfindən xeyriyyə məqsədlərinə yönəldiləcək.

OXŞAR XƏBƏRLƏR
Blinken: ABŞ Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunması üçün səylərini əsirgəməyəcək

Blinken: ABŞ Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunması üçün səylərini əsirgəməyəcək

Blinken: COP29-un uğurla keçirilməsi üçün Azərbaycana dəstəyimiz tamdır

Blinken: COP29-un uğurla keçirilməsi üçün Azərbaycana dəstəyimiz tamdır

İlham Əliyev: Beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar yaranıb

İlham Əliyev: Beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar yaranıb

XƏBƏR LENTİ
  • 22:54

    Ukraynanın ən qaynar nöqtəsi açıqlanıb
  • 22:31

    Gürcüstan-Rusiya sərhədində məhdudiyyətlər tətbiq ediləcək
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
  • 20:21

    ABŞ Gürcüstanda 60-dan çox şəxsə sanksiya tətbiq edib
Menyu